Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Rusiya ilə Ermənistanın arası dəydi – Silah satışını dayandırır?

Rusiya ilə Ermənistanın arası dəydi – Silah satışını dayandırır?

İndiki Ermənistan hökumətinin keçmiş rəhbərliyə qarşı təqibi Moskva ilə rəsmi İrəvan arasında nifaq yaradıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Kommersant” Rusiya dövlət strukturlarındakı mənbələrinə istinadən məlumat yayıb. Məlumata görə, Rusiyanı ən çox narazı salan məsələ isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturovun cinayət məsuliyyətinə cəlb edilməsi olub. 

Kreml bu addımı hərbi blokun imicinə ciddi zərbə olaraq dəyərləndirib və KTMT-ya digər ölkə nümayəndəsinin rəhbərlik edəcəyini istisna etməyib. Bundan başqa, daha əvvəl iki ölkə arasında razılaşdırılan və Ermənistana 100 milyon dollarlıq silah tədarükünü nəzərdə tutan məsələ də sual altına düşüb.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan hökumətinin təşəbbüsü ilə 2008-ci ilin martında müxalifətin etiraz aksiyasının güc yolu ilə dağıdılması ilə əlaqədar açılan cinayət işi üzrə ölkənin keçmiş vəzifəli şəxslərinə qarşı məhkəmə təqibinə başlanılıb.

Xatırladaq ki, 2010-cu ildə indiki baş nazir də iğtişaş törətməkdə ittiham edilərək həbsdə yatmışdı. İndi isə Paşinyan həmin barrikadanın əks tərəfində dayananların cinayət məsuliyyətinə cəlb edilməsini tələb edir. Onların arasında eks-prezident Robert Koçaryan və Yuri Xaçaturov da var.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …