Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Qarabağda müharibə ola bilər – Koçaryan

Qarabağda müharibə ola bilər – Koçaryan

Məni ən çox narahat edən məsələ Qarabağda müharibənin yenidən başlaya biləcəyidir.
Bu barədə Koçaryan “Bloomberg”ə müsahibəsində deyib. Koçaryanın sözlərinə görə, dekabrda keçiriləcək növbədənkənar parlament seçkiləri xalqın yox, Nikol Paşnyanın şəxsi qələbəsi olacaq. Çünki bu seçkilər dövlətçiliyin məğlubiyyəti ilə nəticələnəcək.

“Seçkilər bizim dövlətçiliyimizin ciddi məğlubiyyəti olacaq. Çünki nəzərə almaq lazımdır ki, 2008-ci il hadisələrinin ən başlıca iştirakçılarından və həmin iğtişaşların təşkilatçılarından biri də elə indiki baş nazir olub. Siyasi haqq-hesab aparılması və tarixi özünə daha sərfəli kontekstdə yenidən yazmaq cəhdləri – Paşinyanın bu məsələdə motivasiyası aydındır. Lakin parlament seçkiləri nəticəsində sadəcə bir monopoliya digəri ilə əvəzlənəcək” – Koçaryan deyib.

Sabiq prezidentin fikrincə, Ermənistanda davam edən siyasi gərginlik və əvvəlki bəyanatların təkrarlanması Dağlıq Qarabağ münaqişəsinə də təsir edə bilər.

“Məni ilk növbədə narahat edən, əlbəttə ki, təhlükəsizlik, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələ və müharibənin bərpası ehtimalıdır. Unutmayaq ki, münaqişə ətrafındakı hazırkı vəziyyət sadəcə dondurulub və sərhədlərimizdə hələ də sakitlik yoxdur.”
(AzVision.az )

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …