Ana səhifə / Siyasət / Qarabağ məsələsində hansı hazırlıqlar görülür? – ANALİZ

Qarabağ məsələsində hansı hazırlıqlar görülür? – ANALİZ

Azərbaycan və Ermənistanda Xarici İşlər nazirlərinin görüşlərinin nəticələrinə dair ATƏT-in Minsk Qrupu həmsədrlərinin bəyanatını müzakirə etməyə davam edirlər. Rəsmi səviyyədə 2019-cu ildə hansısa qərar haqqında danışılmasına baxmayaraq ekspertlər çevrəsində xüsusi optimistlik nəzərə çarpmır.

Görüşdən sonra Xarici İşlər naziri Elmar Məmmədyarov qeyd edib ki, rəsmi Bakı Dağlıq Qarabağın erməni icmasının təhlükəsizliyinin, həmçinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində onlara ən yüksək səviyyədə muxtariyyət verilməsini təmin etməyə hazırdır. Yəni Azərbaycan yeni danışıqlar formatında dolayı yolla deyil, birbaş olaraq istənilən danışıqlar prosesi çərçivəsində Qarabağın ölkə sərhədləri çərçivəsində qalacağını qətiyyətlə ifadə edir. Bu isə öz növbəsində onsuz da gərginliyin pik nöqtəsində olan Ermənistan tərəfini adlandırdıqları “qarşılıqlı güzəşt” ifadəsindən imtina etməyə məcbur edir. Yəni Azərbaycan tərəfi zatən hərbi əməliyyatlara başalamamaq qərarı ilə düşmənə düşünmək üçün şans verir, güzəştə gedir. 

Ermənistanın konstruktiv mövqe göstərməməsi bir çox suallar ortaya çıxarır. Tərəflər kəskin, o cümlədən, hərbi əməliyyatlarla qarşıdurmanı davam edəcəklər, yoxsa siyasi nizamlama olmadan münasibətlər yaratmağa cəhd göstərəcəklər? Vasitəçilər isə istənilən halda tərəflərə ikinci variantı qəbul etdirməyə çalışırlar.

Vasitəçilərin bəyanatında bölgədə iqtisadi gücün həyata keçirilməsinə dair çağırışlar da var. “İnterfaks” agentliyinə verdiyi müsahibədə Elmar Məmmədyarov qeyd edib ki, münaqişənin nizamlanması məsələsində irəliləyişin əldə edilməsi bütün bölgədə sülh, təhlükəsizlik və sabitliyin təmin olunmasına şərait yaratmaqla ilk növbədə Ermənistan üçün iqtisadi inkişaf imkanları verəcək. 

Bütün bunlarla yanaşı, ölkəmiz Ermənistan tərəfindən girov götürülmüş vətəndaşlarımızla bağlı işlər də görür. Bakı Qarabağda qanunsuz olaraq ömürlük saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin geri qaytarılmasına dair təkliflər irəli sürür. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi dəfələrlə rəsmi açıqlamalar verib. 

İqtisadi layihələrə gəldikdə isə Ermənistan əməkdaşlığa xüsusi diqqətlə yanaşmır. İrəvan işğal altında olan Qarabağda su resurslarının mübadiləsi sahəsində nəinki əməkdaşlıq, ümumiyyətlə onların istismarının fərqli aspektlərə yönəldilməsi, yəni cəbhə xəttində yaşayan sakinlərə qarşı bioloji virusların buraxılması kimi məqsədlər üçün istifadə edir. 

Ekspertlər ehtimal edir ki, cəmiyyət sülh müqaviləsinin imzalanmasına yox, uzunmüddətli sülhə nail olunmasına hazırlanır. Bu, uzunmüddətli sülh isə status-kvonun aradan qaldırılması ilə yanaşı, bölgədə sağlam əlaqələrə imkan verəcək həll prosesini nəzərdə tutur. Bölgənin müharibəyə yox, sülhə hazırlanmasını təmas xəttinin bir hissəsində həm Azərbaycan, həm də Ermənistan tərəfində mühafizənin Silahlı Qüvvələrin deyil, sərhədçilər və polis tərəfindən qorunması sübut edir. Lakin düşmən cəbhə istiqamətində qanunsuz olaraq yerləşdirdiyi müşahidə sistemlərini təkidlə beynəlxalq müşahidə sisteminin tərkib hissəsi hesab etməyi təklif edir.

Öz növbəsində Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının yeni sədri Andranik Koçaryan bəyan edib ki, artıq cəbhə xəttində müdafiə strukturunun dəyişdirilməsi zərurəti yetişib. Ermənistan parlamentində və ekspert dairələrində müddətli xidmət hərbi qulluqçularının, müqaviləli hərbi qulluqçularla əvəz edilməsinə dair səsləndirilən fikirlər də buna aiddir. 

Sərhədlərə nəzarət fəlsəfəsinin dəyişdirilməsi, iqtisadi əməkdaşlığa çağırış, həmçinin vasitəçilərin bölgədəki infrastrukturlara qarşı maraqları kəskin qarşıdurmadan çəkinməyə və daha konstruktiv danışıqlara keçid edilməsinə təkan verə bilər. Əlbəttə ki, hər hansı məqamda Ermənistan yenidən təxribat xarakterli addımlar atmasa, buna nail olmaq olar. (Ordu.az)

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …