Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Putin 9 generalı vəzifəsindən azad etdi

Putin 9 generalı vəzifəsindən azad etdi

Rusiya prezidenti Vladimir Putin ölkənin güc strukturlarında çalışan 9 generalı işdən azad edib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, prezidentin sərəncamı rəsmi dövlət saytında dərc olunub.

Vəzifəsindən azad olunanlar general-leytenant Sergey Didenko (Rusiya FHN-in Sibir regional mərkəzinin rəisi), general-mayor İrina Zeybert (Rusiya İstintaq Komitəsi sədrinin baş köməkçisi), general-mayor Aleksandr Kuznetsov (DİN-in Krasnoyarsk əyaləti üzrə Baş İdarəsinin rəis müavini), general-mayor Vladimir Nikitiyev (Cəzaların İcrası Federal Xidmətinin Kirov əyaləti üzrə rəisi) və başqalarıdır.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …