Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / Putin Ərdoğanla birgə mətbuat konfransında çıxışını qəfil kəsib, kimə qəzəbləndi? – VİDEOLAR

Putin Ərdoğanla birgə mətbuat konfransında çıxışını qəfil kəsib, kimə qəzəbləndi? – VİDEOLAR

 

Rusiya prezidenti Vladimir Putinlə Ərdoğan arasında dünən Soçidə keçirilən birgə mətbuat konfransında gözlənilməz an yaşanıb.
Mia.az xarici mətbuata istinadən istinadən xəbər verir ki, Putin çıxış edərkən qəfil dayanaraq, türk qonaqlara və jurnalistlərə “Siz tərcüməni eşidirsinizmi?” deyə sual edib.
Tərcümə sistemində nasazlıq olduğunu başa düşən Putin qəzəbli baxışlarla texniki heyəti axtarıb. Lakin aydın olub ki, texniki nasazlığı qısa zamanda aradan qaldırmaq mümkün deyil. Bundan sonra isə Putin qəzəblə çıxışını təkrar edəcəyini deyib.
Beləliklə, Putinin sözləri açıq tərcümə ilə təqdim edilib.

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …