Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Prezidentin Aşqabadda rəsmi qarşılanma mərasimi olub

Prezidentin Aşqabadda rəsmi qarşılanma mərasimi olub

Prezident İlham Əliyevin bu gün Aşqabaddakı Müstəqillik Meydanında rəsmi qarşılanma mərasimi olub.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycanın və Türkmənistanın dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov prezident İlham Əliyevi qarşılayıb.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçib.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …