Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Prezident köçkünlərlə bağlı tapşırıq verdi – Birdəfəlik maddi yardım ayrıldı

Prezident köçkünlərlə bağlı tapşırıq verdi – Birdəfəlik maddi yardım ayrıldı

Noyabrın 29-da paytaxtın Nizami rayonu ərazisində Elşən Süleymanov küçəsi, 49 ünvanında yerləşən tikintisi yarımçıq qalmış binada yanğın baş vermişdi. Baş vermiş faciə nəticəsində 4 nəfər ailə üzvü həlak olmuş Füzuli rayonundan olan məcburi köçkün Əkbər Babaşovun ailəsinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Nazirlər Kabinetinin müvafiq sərəncamına uyğun olaraq, birdəfəlik maddi yardım ayrılıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov dekabrın 16-da dövlət tərəfindən ayrılmış birdəfəlik maddi yardımı Əkbər Babaşova təqdim edib. Gəray Fərhadov onunla söhbətində baş vermiş faciəvi hadisədən dərindən kəndərləndiyini bildirib.
Komitədən Mia.az-a verilən məlumata görə, söhbət zamanı Gəray Fərhadov qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinin dövlətimizin başçısı İlham Əliyevin daim diqqət mərkəzində olduğunu deyib. O, həmçinin bildirib ki, məcburi köçkünlərin məskunlaşdığı və yanğın baş vermiş həmin ərazinin özəl şirkətlərin biri tərəfindən alındığı üçün hazırda Nizami Rayon İcra Hakimiyyəti tərəfindən həmin şirkətlə danışıqlar aparılır. Gəray Fərhadov Prezident İlham Əliyevin yürütdüyü uğurlu və qətiyyətli siyasət nəticəsində torpaqlarımızın tezliklə işğaldan azad olunacağına, qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qayıdacaqlarına əminliyini ifadə edib.
Həmin gün fəaliyyətləri Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası ilə əlaqələndirilən humanitar təşkilatlardan biri olan “Gəncliyə Yardım” fondu tərəfindən Əkbər Babaşovun ailəsinə müvafiq ev əşyaları təqdim edilib.
Füzuli rayonundan olan məcburi köçkün Əkbər Babaşov baş vermiş hadisə ilə əlaqədar yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində atılan addımlara görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildirib.

 

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın