Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Siyasət / “Polisə Dəstək” İB-yi hesabatını açıqlayıb

“Polisə Dəstək” İB-yi hesabatını açıqlayıb

“Polisə Dəstək” İB-yi növbədənkənar ümumi yığıncağını keçirmişdir. Yığıncaqda 2016-cı il ərzində görülən işlərə yekun vurulmuş, sədrin hesabatı dinlənilmişdir. Sonra ümumi yığıncağın qərarı ilə Şəmsəddin Əliyev yenidən birliyin sədri seçilmişdir. İdarə heyətinin yeni tərkibi və MTK-nın üzvləri də yenilənmiş, bu barədə Ədliyyə Nazirliyinə məlumat verilmişdir. 2017-ci ildə Azərbaycanda keçiriləcək İslam həmrəyliyi idman oyunlarında iştirak edəcək “Polisə Dəstək” İB-nin gənc könüllülərin siyahısı diqqətə çatdırılmış və qəbul edilmişdir.
Yığıncaq iştirakçıları təşkilatın cinayətkarlıqla mübarizənin həyata keçirilməsi sahəsində əhalinin maarifləndirilməsi missiyasını qənaətbəxş hesab etmişdir.
Azərbaycan Respublikası Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyə dəstəyi ilə hazırlanmış “Terrorizm-XXI əsrin müharibəsi”, “İnsan alverinə qarşı mübarizə”nin istiqamətlərini əks etdirən iki kitabça çap edilib vətəndaşlara paylanılmışdır. 20-dən çox akademik məqalələr KİV-də dərc edilmiş, daha çox, “Strategiya.az; Azinforum.az: Moderator.az; Sputnik.az informasiya portalları- saytlarında, habelə, “Olaylar”, “Bakı Xəbər”, “Mövqe”, “Hürriyyət” qəzetlərində dərc edilən maarifləndirici yazılar minlərlə oxucu tərəfindən bu gün də oxunmaqda davam edir.
Beləliklə, “Strategiya.az”, “Moderator.az”, “Olaylar.az”, “Azinforum.az” elektron saytlarında dərc olunan maarifləndirici və profilaktik xarakterli məqalələr-
-15 noyabr 2016-cı ildə “Dini Radikalizmə qarşı birləşək” 1424 dəfə;
-24 sentyabr 2016-cı ildə “Terrorizmin spesifik cəhətləri” 2190 dəfə;
-16 iyul 2016-cı ildə “Terrorçuluq – XXI əsrin müharibəsi” 2544 dəfə (eyni zamanda 40 səhifəlik kitabça da nəşr edilmişdir)
-13 iyun 2016-cı ildə “Cinayətkarlığın anatomiyası” 2108 dəfə;
-27 may 2016-cı ildə “Ailə-məişət zorakılıqları” 1690 dəfə:
-22 aprel 2016-cı “Əvvəllər məhkum olunmuş şəxslərin cinayətləri” 1266 dəfə;
-fevral 2016-cı ildə “Cəmiyyətin dəstəyi polisin dayağıdır” 1445 dəfə
-yanvar 2016-cı ildə “Dövlət və cəmiyyət qarşısında mənəvi borcumuz” 1218 dəfə;
– yanvar 2016-cı ildə “İstintaq Komitəsi lazımdırmı?” 1731 dəfə;
-“Qətiyyətli insan, sədaqətli vətəndaş” 4546 dəfə oxunmuş və əhəmiyyətini itirməyərək oxunur.
Müxtəlif informasiya saytlarındada gedən “İnsan alveri cinayətləri” 2016-cı ilin sonuna qədər aktuallığını saxlayaraq maraq dairəsindən silinməmiş 9336 dəfə oxunmuş və oxunur.
Belə yazılara- “Məişət zorakılıqları”, “Narkomanlığın aradan qaldırılmasına təkliflər”, “Narkomaniya və HİV-lə mübarizəyə tarixi baxış” (10.397 dəfə oxunub), “Narkomaniyanın cəmiyyətdəki fəsadları” (15.786 dəfə oxunub), “Vətənə sədaqət korrupsiyaya yox deməkdir” (69.767 dəfə oxunub), “Cinayətkarlığın vəziyyəti zamana görə dəyişir” (2578 dəfə oxunub); “Məişət zorakılıqlarını doğuran səbəblər və aradan qaldırılması yolları” (8928 dəfə oxunub) nəzəri və praktiki yazılara ehtiyac duyulduğundan gündəmdədir.
Nəzəri-praktik məqalələr daha çox “Strategiya.az,” “Moderator.az”, “Olaylar” və “Azinforum.az” media portallarında oxunmaqla bərabər, digər saytlarda da dərc edildiyindən, maarifləndirmənin əsas vasitələrindən biri kimi qəbul etmək olar. Vətəndaşların maarifləndirilməsi baxımından qeyd olunan KİV-lərin rolu danılmazdır.
Tədbirlərimiz davam edir. Ümumilikdə cinayətkarlığa qarşı mübarizəyə dair dərc olunmuş yazılardan faydalananların sayı 127.468 nəfərə çatmışdır və hər gün artımla müşahidə edilir. İctimai Birliyin sədri Şəmsəddin Əliyev 2017-ci il ərzində təşkilatın nizamnaməsinə və ölkədə cinayətkarlıqla mübarizə siyasətinin həyata keçirilməsində fəallığın artırılmasını hər bir vətəndaşın konstitusion borcu olduğunu diqqətə çatdırmışdır.

Şəmsəddin Əliyev

Həmçinin oxuyun

“Hazırda dünyanı təhdid edən müharibələr” – Dəyirmi masa

“Sağlamlıq Naminə Humanitar Təbabət“ İctimai Birliyinin təşəbbüsü ilə “Hazırda dünyanı təhdid edən müharibələr” mövzusunda dəyirmi …

Bir cavab yazın