Ana səhifə / Siyasət / Paşinyana növbəti zərbə: Parlament onun Seçki Məcəlləsinə etmək istədiyi dəyişiklikləri qəbul etmədi

Paşinyana növbəti zərbə: Parlament onun Seçki Məcəlləsinə etmək istədiyi dəyişiklikləri qəbul etmədi

Daniel İoannisyan: “Seçki məcəlləsinə səsvermənin baş tutmamasına görə həm də Paşinyan özü günahkardır”

Xəbər verildiyi kimi, Ermənistan Milli Assambleyası dünən Seçki Məcəlləsinə edilən dəyişikliklər layihəsini qəbul etməyib. Qanun layihəsinin lehinə 56, əleyhinə isə 3 deputat səs verib. Lakin qəbul üçün tələb olunan 63 səs olmadığına görə səsvermə baş tutmamış sayılıb.

Belə ki, sabiq prezident Serj Sərkisyanın parlamentdə ən çox kürsüyə malik Ermənistan Respublika Partiyasının (ERP), o cümlədən Daşnaksütyunun deputatları iclas salonuna qəsdən gəlməyiblər.

Milli Assambleyanın sədri Ara Babloyan müzakirə edilən sənədin konstitusiya qanunu olmasını əsas göstərərək onun üçün 63 səsin toplanmasının gərək olduğunu söyləyib.

“Yelk “blokunun deputatı Lena Nazaryanın səsvermə zamanı daha çox deputatın gəlməsi üçün 20 dəqiqəlik fasilə istəməsi də bir işə yaramayıb.

Hər halda bu gəlişmə Paşinyan üçün növbəti zərbələrdən sayıla bilər. İndi buna görə onu hətta öz komandasında qınayırlar. Seçki məcəlləsinə dəyişikliklər üzrə komissiyanın üzvü, “Məlumatlı vətəndaşlar birliyi” təşkilaitanın rəhbəri Daniel İonnasiyan səsverməni boykot edən ERP və daşnaklar qədər baş nazir Nikol Paşinyanın da günahkar olduğunu qeyd edib.

Daniel İoannisyan

“Nikol Paşinyan seçkiləri müddətini dekabra çəkməklə sabotaj imkanlarını daha da artırdı”, – Daniel İonnaisyan erməni mediasına bildirib.

İonnasiyan Seçki Məcəlləsinə dəyişiklik edilməsi məsələsinin Paşinyanın siyasi proqramının əsas məsələlərindən biri olduğunu xatırladaraq Məcəlləni dəyişdirmədən seçki prosesini başlamamalı olduğunu söyləyib. “Seçki müddəti tezləşdirilməsəydi, Assambleyaya ictimai təzyiqi təşkil etmək olardı”, – erməni ekspert bildirib.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …