Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Paşinyan “Tvitter”də Qarabağdan yazdı: “Münaqişənin həlli…”

Paşinyan “Tvitter”də Qarabağdan yazdı: “Münaqişənin həlli…”

“Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli Ermənistan üçün başlıca prioritet olaraq qalır”

Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri səlahiyyətlərinin icraçısı Nikol Paşinyan öz “Tvitter” səhifəsində bəyan edib.
“Biz regionda sülh və təhlükəsizlik naminə sülh prosesini davam etdirəcəyik. Münaqişənin həlli bütün tərəflərin həqiqi səy göstərməsini tələb edir”, – Paşinyan yazıb.

Bununla da o, Qarabağ separatçılarının üçüncü tərəf kimi danışıqlar masasında əyləşməsinin vacibliyi ilə bağlı destruktiv mövqeyindən əl çəkmədiyini göstərib.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …