Ana səhifə / Siyasət / Partiyalar REAL-a imza toplamaqda dəstək verəcək, bir şərtlə…

Partiyalar REAL-a imza toplamaqda dəstək verəcək, bir şərtlə…

Qanun layihələri Bakı merinin seçki yolu ilə seçilməsi, devalvasiyadan doğan kredit faizləri probleminin ədalətli həlli, dövlətin ali məktəblərdə təhsil alan tələbələrin təhsil haqqını tam ödəməsi ilə bağlıdır. 

REAL-a bu qanun layihələrinin qanunverici orqana təqdim etmək üçün 40 min imza lazımdır. Bu imzaların yığılmasında digər siyasi partiyaların dəstək verib-verməyəcəyi, həmçinin, REAL-ın bunun üçün siyasi qurumlara müraciət edib-etməyəcəyi yönündə müzakirələr açılıb.

Картинки по запросу ADP sədri Sərdar Cəlaloğlu

ADP sədri Sərdar Cəlaloğlu REAL-ın təşəbbüsünü yüksək dəyərləndirir: “Qaldırılan məsələlər xalqımızın maraqlarına tam cavab verir. Əgər üç qanun layihəsinin təqdimatı üçün REAL imzatoplama kampaniyasında iştirakımız üçün bizlərə müraciət edərsə, can-başla bu kampaniyada iştirak edəcəyik. Lazım olacaq qədər imzaları toplamağı öz üzərimizə götürməyə hazırıq. Açığı? təklikdə REAL-ın 40 min imza yığacağına inanmıram. Amma başqa partiyalari bu prosesə qoşacaqları təqdirdə 40 min imza elə də çox deyil. Vaxtilə biz partiyamızın qeydiyyatı ilə bağlı 250 min imza toplamışıq. Üç qanun layihəsinin biri tələbələrin təhsil haqları ilə bağlıdır. Azərbaycanda yüz min tələbə var. Belə çıxır ki, bu tələbələr etiraz edəcəklər? Yaxud onların valideynləri bunu istəməyəcəklər? Layihələr xalqın maraqlarına cavab verdiyi üçün imzaların toplanmasının çətin olmayacağını düşünürəm. Sadəcə? burada əsas olan bu məsələnin siyasiləşməməsi və REAL-ın bu məsələdən siyasi dividentlər götürmək istəyinin olmamasıdır. Çünki kimsə görəcək ki, REAL buradan siyasi dividentlər götürmək istəyindədir, o zaman nə partiyalar, nə də vətəndaşlar onlara yaxın duracaqlar”.

Картинки по запросу Tural Abbaslı

AĞ Partiya başqanı Tural Abbaslı “Yeni Müsavat”a məsələ ilə bağlı bunları dedi: “Bizə AĞ Partiya olaraq hələ ki heç kim bu mövzuda dəstəklə bağlı müraciət etməyib. Belə bir müraciət olarsa, partiyanın İdarə Heyətində müzakirə olunaraq yekun qərar veriləcək. Biz AĞ Partiya olaraq növbədənkənar prezident seçkilərində iştirak etmiş bir təşkilat kimi bu prosesin nə qədər ağır və məsuliyyətli olduğunu gözəl başa düşürük. Ümid edirəm ki, REAL da qərar verərkən bu faktı nəzərə alıb. Əks təqdirdə indiki məqamda bu prosesi yekunlaşdırmaq onlara çətin başa gələcək. Ümumiyyətlə isə mən məhz qoyulan bu qanun təşəbbüslərini və bu təşəbbüsün həyata keçirilməsi metodunu indiki məqamda səmərəli və praktik hesab etmirəm. Ancaq, təbii ki, bu mənim mövqeyimdir. Hər partiya və siyasi təşkilat özü öz qərarlarını verir və bu qərarlardan irəli gələn nəticələrin altını da özləri çəkir. Odur ki, mən kiminsə atdığı addımları təftiş etməyin tərəfdarı deyiləm. İşlərində uğurlar arzulayıram”.

Картинки по запросу VİP sədri Əli Əliyev

VİP sədri Əli Əliyev: “Müraciət edərlərsə, müzakirə edərik. Danışmaqlarından belə başa düşürəm ki, dəstəyə ehtiyacları yoxdur. Təşəbbüs kimi pis deyil. İqtidarın istəyindən asılıdır. Şişirtmək istəsələr, belə fikirləri varsa, imzaları həqiqi sayıb, proseduraları işə salacaqlar. Əks halda, kənara qoyacaqlar, bunlar da bir az PR quracaqlar, vəssalam. Mahiyyəti etibarı ilə bu prezident seçkilərindən heç nə ilə fərqlənmir, proseduralar baxımından. Fikrimcə, status-kvonu dəyişməyə baş vurulmalıdır. Nə qədər ki, mövcud güc dəngəsi var, iqtidar özünə sərf edəni edəcək. Hər halda bu vaxta qədər belə olub. Amma qərar hüququ hər tərəfin öz əlindədir. Onlar bu tərəfdən başlamağı hesab ediblər, öz işləridir. Allah iş avandlığı versin. Bir misal çəkmək də yerinə düşər. Ötən tərkibdə Ədalət Partiyasının sədri İlyas İsmayılov eyni vaxtda icra və qanunverici hakimiyyətdə olmağın konstitusiya pozuntusu olmasını ölkəyə bəyan etdi, məhkəmə instansiyalarını keçdi. Nə oldu?”.

Картинки по запросу Xəzər Teyyublu

KXCP İdarə Heyətinin üzvü Xəzər Teyyublu REAL-ın qaldırdığı məsələlərin cəmiyyətin əsas problemlərindən biri olduğunu söylədi: “REAL siyasi partiya olaraq təşəbbüs göstərib. Onların müraciətlərindən sonra məsələyə münasibət bildirmək olar. Müraciət etsələr, partiyamızda məsələ müzakirə ediləcək və ondan sonra yetkin qərar vermək mümkün olar. Dəstək lazım olarsa, dəstək verilər, olmazsa ona uyğun addım atılar”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …