Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Növbəti Qarabağ mitinqi təyin edildi

Növbəti Qarabağ mitinqi təyin edildi

Qarabağ Komitəsi növbəti mitinq keçirmək istəyi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə ( BŞİH) müraciət edib.

Azinforum.az Azadlıq Radiosuna istinadla xəbər verir ki, bu haqda aksiyanın təşkilatçısı olan Qarabağ Komitəsi məlumat yayıb.

Məlumatda bildirilir ki, Komitə müraciətində aksiyanın 24 noyabra planlaşdırıldığını göstərib.

Aksiyada “Qarabağa azadlıq!” və başqa şüarların səsləndiriləcəyi gözlənir.

Komitənin bu gün – oktyabrın 24-də keçirilmiş toplantısında bir sıra başqa qərarlar da verilib.

Qarabağ Komitəsi bundan əvvəl sentyabrın 29-da Bakıda “Qarabağa azadlıq” şüarı ilə mitinq keçirib. Təşkilatçılar deyirdilər ki, mitinqin keçirilməsindən məqsədləri Azərbaycanın – Dağlıq Qarabağ da daxil olmaqla ərazilərinin 20 faizini Ermənistanın işğalı altında saxlamasına etiraz etməkdir.

Həmçinin oxuyun

“İran Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayır” – Kənani

“İran Azərbaycan və Ermənistan arasında delimitasiya komissiyasının iclasında əldə olunmuş razılaşmaları alqışlayır və tərəfləri regionda …