Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / “Neolit”də baş verənlər xarici qüvvələrin təxribatıdır – Bəyanat

“Neolit”də baş verənlər xarici qüvvələrin təxribatıdır – Bəyanat

“Moskvanın Azərbaycan icması” Regional İctimai Təşkilatı Rusiya Federasiyasının paytaxtı Moskvada azərbaycanlılarla çeçen icmasının nümayəndələri arasında baş vermiş insidentlə bağlı bəyanat yayıb.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. 

Təşkilat üzvləri hesab edir ki, baş verən hadisələr iki qardaş xalq arasında düşmənçilik toxumu səpməyə çalışan xarici qüvvələrin təxribatıdır. 

Təşkilat azərbaycanlılara və çeçen icmasının nümayəndələrinə müraciət edərək ağılagəlməz nəticələrə gətirib çıxara biləcək təxribatlara uymamağa və hər birimiz üçün çətin günlərdə daha sıx birləşməyə çağırıb. 

Qeyd edək ki, fevralın 14-də Moskvada azərbaycanlı Yaşar Əliyevə məxsus “Neolit” kafesində soydaşlarımızla çeçen icmasının nümayəndələri arasında kütləvi dava olub. Təqribən 70-100 nəfər iştirak insident zamanı ölən və xəsarət alanlar olub. 

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …