Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / “Müsavat rəhbərliyi 3 milyon dollar pulu aradan çıxarıb” – Rəhim Qazıyevdən ağır ittiham

“Müsavat rəhbərliyi 3 milyon dollar pulu aradan çıxarıb” – Rəhim Qazıyevdən ağır ittiham

Sabiq nazir: “Nə üçün həqiqətlərdən qaçırsan”?

“Bəli, 2003-cü ildə Müsavat rəhbərliyi 3 milyon dollar pulu aradan çıxarıb. O pullar xalqın canı, qanı hesabına əldə edilmişdi. Haram pullar olduğu üçün heç bilinmədi ki, hara xərclənib”- AzNews.az xəbər verir ki, bu sözləri Demokrat.az saytına verdiyi açıqlamada keçmiş Müdafiə naziri Rəhim Qazıyev deyib. O, 2003-cü ilin oktyabrında keçirilən prezident seçkiləri kampaniyası zamanı müxalifətin namizədi İsa Qəmbərin maliyyələşməsindəki qaranlıq məqamlara toxunub.

Rəhim Qazıyev Müsavat Partiyasının başqanı Arif Hacılı ilə Ümid Partiyasının sədri İqbal Ağazadə arasında baş tutan debat zamanı bir-birini təhqir etməsinə də münasibət bildirib:

“Dozanqurdu kimi öz içlərinə yığılıb elə bilirlər ki, çoxlu pullu olmaq xoşbəxtçilikdir. Mən onlara deməyə artıq söz də tapa bilmirəm. İndi də İqbal Ağazadəni “satqın” adlandırırlar. “Satqın” deyən adam ortaya bir fakt qoyar. İqbal Ağazadə onlardan on dəfə daha savadlıdır, vətənpərvərdir. Bunlar üçün ağıllı adamlar ən təhlükəli adamlar sayılır. Ona görə də hərəyə bir ləkə vurmaqla məşğuldurlar. Mən Arif Hacılının bu cür hərəkətinə də çox təəssüf edirəm. Partiya sədridir, amma debatdan qaçır. Axı orada səni təhqir edən yox idi, nə üçün həqiqətlərdən qaçırsan?”.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …