Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Merkelin Azərbaycan səfərinin arxasında nələr durur?

Merkelin Azərbaycan səfərinin arxasında nələr durur?

Almaniyanın federal kansleri Angela Merkelin avqustun sonunda gözlənilən Cənubi Qafqaz, o cümlədən Azərbaycan səfəri ölkəmizin Avropa üçün strateji maraq doğurması barədə ciddi siqnaldır. Bu barədə virtualaz.org-a politoloq, Avropa İttifaqının xarici siyasəti, miqrasiya və enerji təhlükəsizliyi üzrə ekspert Dionis Çenuşa deyib.

Onun sözlərinə görə, Almaniyanın Azərbaycana marağı ilk növbədə energetika ilə bağlıdır. “Angela Merkelin səfərinə kimi Azərbaycan prezidenti İlham Əliyev 2015 və 2016-cı illərdə iki dəfə Almaniyada olub. Odur ki, diplomatik prinsipə əsasən, alman kansleri Azərbaycana gəlməli idi”, – həmsöhbətimiz bildirib.

“Nəyə görə səfər məhz indi baş tutacaq? Bu yəqin onunla bağlıdır ki, Almaniya öz tərəfdaşlarına “Şimal axını-2”nin heç bir vəchlə Avropanın enerji təhlükəsizliyini təmin edə bilməyəcəyini göstərmək istəyir. Buna görə də, Azərbaycandan enerji daşıyıcılarının təchizatı vacibdir.

Dionis Çenuşa

İstənilən halda, Merkelin səfəri bütün region üçün vacib siqnaldır və Azərbaycanın strateji əhəmiyyətinə sübutdur.

O ki qaldı Dağlıq Qarabağa, bu məsələ mütləq müzakirə ediləcək. Lakin böyük irəliləyiş gözləməyə dəyməz.

Eyni zamanda, nə qədər ki, Türkiyə Rusiya ilə yaxınlaşır, İran isə nüvə məsələsində ABŞ tərəfindən təzyiqlərin artırılması ilə üz-üzədir, Almaniya və Aİ üçün Bakı ilə dialoqun fəallaşdırılması əhəmiyyət kəsb edir”, – ekspert bildirib.

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …