Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Leyla Yunusun işində gözlənilməz yenilik – Vəkildən açıqlama

Leyla Yunusun işində gözlənilməz yenilik – Vəkildən açıqlama

Həbsdə olan hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun istintaq işində dövlətə xəyanət maddəsi ayrıca icraata götürülüb.
Azinforum.az “Turan”a istinadən xəbər verir ki, bu barədə Leyla Yunusun vəkili Elçin Qəmbərov məlumat verib.
Onun sözlərinə görə, digər maddələr üzrə Leyla Yunusun istintaqı yekunlaşmaq üzrədir və yaxın vaxtlarda məhkəməyə göndərilməsi gözlənilir:
Məhkəmədə yalnız iqtisadi maddələrə baxılacaq. Vətənə xəyanət maddəsinin bu işdən kənarlaşdırılmasını vəkil Yunusların işində “yaxşı perspektiv” adlandırıb:
“Bu maddə üzrə istintaq dayandırıla da, ayrıca davam etdirilə də bilər”.
Xatırladaq ki, Leyla və Arif Yunuslar ötən ilin yayında həbs olunublar.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın