Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Kerri Kavano: “Boltonun gündəliyində Qarabağ məsələsi birinci yerdə gəlmir”

Kerri Kavano: “Boltonun gündəliyində Qarabağ məsələsi birinci yerdə gəlmir”

Xəbər verdiyimiz kimi, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton oktyabrın 20-də Cənubi Qafqaz ölkələrinə səfər edəcək.

Bununla bağılı olaraq Ermənistanda fəaliyyət göstərən NEWS.am saytı ATƏT Minsk qrupundakı amerikalı həmsədri Keri Kavanodan müsahibə alıb.

Amerikalı diplomatın fikrincə, Con Boltonun gündəmində Qarabağ məsələsi birinci olmayacaq.

O, Boltonun buraya İran məsələsinə görə gəldiyini deyib: Prezident Donald Tramp keçən ay BMT-dəki çıxışında İranı durdurmaq üçün beynəlxalq fəaliyyyətə keçilməsinin vacibilyini vurğulamışdı. İndi isə Bolton İranın nüfuzunun yayılmasını qarşısını almaq məqsədilə Moskva və Cənubi Qafqazda dəstək axtarır. Bundan başqa, Rusiya və Türkiyə ilə yaşanan xarici siyasi mübahisələr, Ukrayna, Suriya və energetika ətrafında yaranan problemlər də onun ziyarətinin əsas məsələlərini təşkil edəcək.

Kavano Azərbaycan və Ermənistan liderləri arasında sentyabr ayındakı Düşənbədəki təması da göz önünə alaraq Qarabağ mövzusunun da Bakı və İrəvanda müzakirə olunacağını söyləyib. (Musavat.com)

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …