Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Keçmiş icra başçısı YAP-ın xəbərdarlığına məhəl qoymadıNAMİZƏD OLDU 

Keçmiş icra başçısı YAP-ın xəbərdarlığına məhəl qoymadıNAMİZƏD OLDU 

Salyan rayonunun keçmiş icra başçısı Yusif Ələkbərov 59 saylı seçki dairəsindən deputatlığa namizəd kimi rəsmən qeydə alınıb.

Modern.az xəbər verir ki, Yusif Ələkbərov hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür və seçkilərə öz təşəbbüsü ilə qatılıb. Halbuki YAP rəhbərliyi partiyanın üzvlərinə çağırış edərək, adları vahid namizədlər siyahısına düşməyənlərə şəxsi təşəbbüslə seçkiyə qatılmaqdan çəkinməyi məsləhət görüb. Əks halda, onların cəzalandırılaraq, YAP sıralarından uzaqlaşdırılacağı xəbərdarlığı edilib.

Yusif Ələkbərov hazırda “Salyan çörək” Açıq Səhmdar Cəmiyyətinin direktoru vəzifəsində çalışır. O, 2001-2004-cü illərdə Salyan rayonunun icra başçısı işləyib.

Onu da qeyd edək ki, YAP-ın 59 saylı Salyan seçki dairəsindən vahid namizədi Salyan Mərkəzi Xəstəxanasının həkimi İlqar Ağabəyovdur.

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …

Bir cavab yazın