Ana səhifə / Siyasət / İqor Korotçenko: “Paşinyan hakimiyyətə dövlət çevrilişi nəticəsində gəlib”

İqor Korotçenko: “Paşinyan hakimiyyətə dövlət çevrilişi nəticəsində gəlib”

“Azərbaycanın güclü prezidenti var. Biz İlham Əliyevin özünü təmin edə bilən suveren dövlətin möhkəmləndirilməsi üzrə səylərini alqışlayırıq”, – bunu konfransın gedişində hərbi ekspert, “Milli müdafiə” (Национальная оборона) jurnalının baş redaktoru İqor Korotçenko deyib.

“Biz Azərbaycanın ordu quruculuğu prosesini diqqətlə izləyirik. Rusiya Azərbaycanı silahla təchiz edir. Rusiya ölkənizin ordusunun möhkəmlənməsində maraqlıdır. Bizi regionda ABŞ-ın fəallaşması da narahat edir. Qoy eşitsinlər – bizə burada Sem dayı lazım deyil. Rusiya Azərbaycanın hərbi-hava məkanının örtməlidir. Rusiya Cənubi Qafqazın bu çiçəklənən bölgəsinin müstəqilliyinin və sabitliyinin qarantı ola bilər”, – Korotçenko qeyd edib.

O həmçinin Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsinə toxunub: “Qarabağ problemi mürəkkəbdir, sadə deyil, lakin onu həll etmək lazımdır və biz bura gəlmişik ki, vəziyyətlə yerində tanış olaq”.

Korotçenkonun fikrincə, ATƏT MQ həmsədri, Azərbaycana və Ermənistana dost ölkə kimi Rusiya münaqişənin tezliklə sülh yolu ilə həllini arzulayır.

Baş redaktorun sözlərinə görə, o, Paşinyanın Rusiyadan üz çevirəcəyinə inanmır. Çünki bu, Ermənistan üçün faciəvi nəticələrə gətirib çıxara bilər. “Hər şeyi öz adı ilə çağırsaq, Paşinyan hakimiyyətə dövlət çevrilişi nəticəsində gəlib. Əlbəttə, burada ABŞ-ın iştirakı olmadan ötüşməyib, yoxsa Amerika Yerevanda bu böyüklükdə diplomatik korpusu niyə saxlasın ki. Nə olubsa olub, nəhayətdə, erməni xalqı bu hökumətlə yaşamalıdır. Lakin bununla belə, Moskva maraqlıdır ki, bu ölkədə sabitlik qorunsun”, – o deyib.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …