Ana səhifə / Siyasət / Heydər Əliyev prospekti bağlandı – (Fotolar)

Heydər Əliyev prospekti bağlandı – (Fotolar)

Sürücülər prospektin köməkçi yollarından istifadə edə bilərlər

Bu gecədən Bakının Heydər Əliyev prospekti nəqliyyatın hərəkəti üçün bağlanıb. Azinforum.az  “Azəryolservis” ASC-yə istinadən bildirir ki, Avropa Oyunları ilə əlaqədar nəzərdə tutulan marşrut üzrə yol şəbəkəsinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlər davam etdirilir və artıq bir sıra tikinti-yenidənqurma işləri yekunlaşıb. Nəzərdə tutulan təmir və abadlıq işləri ilə bağlı aprelin 4-nə keçən gecə Heydər Əliyev prospektinin Böyük Şor qovşağından Heydər Əliyev Mərkəzinin qarşısına qədər olan əsas hissəsi nəqliyyatın hərəkəti üçün tam bağlanıb.

Bir daha qeyd edək ki, prospektin bağlanmasında əsas məqsəd İlk Avropa Oyunlarına hazırlıq dövründə təmir və abadlıq işlərini aparmaqdır. Həmin vaxtlarda sürücülər prospektin köməkçi yollarından istifadə edə bilərlər.

“Azəryolservis” ASC təmir işlərinin nə vaxt başa çatacağını və nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyətin neçə gün davam edəcəyini açıqlamayıb.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın