Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / Gürcüstanda azərbaycanlıların yaşadıqları Qardabani rayonunda “Ədliyyə evi” inşa olunacaq

Gürcüstanda azərbaycanlıların yaşadıqları Qardabani rayonunda “Ədliyyə evi” inşa olunacaq

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Qardabani rayonunda “Ədliyyə evi” inşa ediləcək.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, hazırda Qardabani rayonunda belə bir hüquqi xidmət mərkəzi yoxdur və soydaşlarımız müxtəlif hüquqi sənədləri əldə etmək üçün Rustavi, Marneuli və ya Tbilisi şəhərlərinə gedirlər.

Gürcüstan parlamentinin Qardabanidən seçilən mojaritar deputatı Savalan Mirzəyevin ölkənin Ədliyyə Nazirliyi ilə apardığı danışıqlardan sonra rayonda belə bir xidmət mərkəzinin tikintisi barədə razılıq əldə olunub.

Yeni “Ədliyyə evi”nin tikintisi ilə əlaqədar artıq bütün sənədlər hazırlanıb.

Tikinti işlərinə 2019-cu ilin əvvəlində başlanılacaq və ilin sonunadək mərkəz əhalinin istifadəsinə veriləcək.

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …