Ana səhifə / Siyasət / Günter Ottinger: Azərbaycan Avropa İttifaqının strateji tərəfdaşıdır

Günter Ottinger: Azərbaycan Avropa İttifaqının strateji tərəfdaşıdır

Azərbaycan Avropa İttifaqının strateji tərəfdaşıdır.

Trend-in məlumatına görə, bunu Bakıda 25-ci “Xəzər Neft və Qaz” konfransı zamanı Avropa Komissiyasının büdcə məsələləri və insan resursları üzrə komissarı Günter Ottinger deyib.

G.Ottinger bildirib ki, Bakı Avropa üçün enerji ehtiyatları tədarükünün şaxələndirilməsi baxımından da vacibdir: “Bu məsələdə “Cənub Qaz Dəhlizi” vacib rol oynayır. Mən bu layihənin reallaşdırılmasına görə Azərbaycan hökumətinə və SOCAR-a minnətdarlığımı bildirmək istəyirəm”.

Avrokomissar həmçinin Azərbaycan tərəfindən reallaşdırılan nəqliyyat layihələrinin vacibliyini vurğulayıb:

“Əminəm ki, Azərbaycan əlverişli coğrafi mövqeyindən yararlana biləcək. Bakı nəqliyyat qovşağına çevrilməkdə maraqlıdır. Bunun bariz nümunəsi Bakı-Tbilisi-Qars layihəsinin reallaşdırılmasıdır”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …