Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / “Gəncədəki iğtişaşın dinlə əlaqəsi yoxdur” – RƏSMİ

“Gəncədəki iğtişaşın dinlə əlaqəsi yoxdur” – RƏSMİ

“Dünən Gəncədə baş verən iğtişaşın dinlə heç bir əlaqəsi yoxdur. Sadəcə olaraq müəyyən qüvvələrdən istifadə edərək buna dini rəng vermək məqsədi daşıyır”
Bunu AzVision.az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Səyyad Salahlı ötən gün Gəncədə baş vermiş hadisələrə münasibət bildirərkən deyib.

Komitə rəsmisi bildirib ki, təxribata cəhd edən qrupların göstəriş verənləri xaricdədir. “Bu məsələlər dövlətin müvafiq orqanları tərəfindən ciddi şəkildə araşdırılır. Bütün məsələlər məlum olacaq və hər kəs cəzasını alacaq. Bu hadisə millətə, dövlətə qarşı xəyanətdir, xalqın əleyhinə olan hərəkətdir, Azərbaycanın qüdrətlənməsini, güclənməsini istəməyən, xüsusilə xarici dairələrin və onların yerlərdəki əlaltılarının fitnəkarlığıdır, arxadan vurduqları zərbədir, xalqın rifah halına kölgə salmaqdır, ölkədə sabitliyi pozmaqdır. Bu, Azərbaycandakı həm siyasi, həm mənəvi, həm psixoloji həyatın sarsıdılmasına yönəldilən hərəkətdir. Bir sözlə xəyanətdir”.

S.Salahlı qeyd edib ki, Azərbaycandakı tolerantlıq və multikultral yaşayış tərzi və ənənələr həm tarixdən qonşularımıza və digər dövlətlərə məlumdur, həm də Azərbaycanın bu istiqamətdə keçirilən son illərdəki böyük və möhtəşəm beynəlxalq tədbirlərindən bəllidirr.

“Dünən Gəncədəki iğtişaş dinlə bağlana bilməz. Sadəcə orada bir sıra dini ruhlu insanlar var ki, onlar adətən belə hallarda müəyyən şüarlardan istifadə edirlər”.

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …