Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Siyasət / Ermənilər Qarabağda yeni “siyasi şou”ya başlayıblar- FOTOLAR

Ermənilər Qarabağda yeni “siyasi şou”ya başlayıblar- FOTOLAR

Azərbaycanın işğal altındakı ərazilərində Qarabağ məsələsinin güzəştli həllinə etiraz olaraq mitinqlər başlayıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, işğalçıların Laçın rayonunda təşkil etdikləri aksiyanı “Azad vətən” adlı partiya təşkil edib.

Mitinqdə çıxış edənlər güzəştlərin əleyhinə çıxıblar. Onlar bildiriblər ki, güzəştlərə gedilməsi barədə çağırışlar son dərəcədə təhlükəlidir.

Aksiyada Ermənistan parlamentinin deputatı Araik Arutyunyan da çıxış edib. O, birtərəfli güzəştləri mümkünsüz sayıb. Deyib ki, baş nazir açıq şəkildə Madrid prinsiplərini qınayıb və qəbuledilməz sayıb. Arutyunyan Ermənistanda səslənən bəzi fikirlərə etirazını bildirib.

Belə görünür ki, Qarabağ ermənilərini danışıqlarda “tərəf” kimi təqdim etmək, onların da mövqeyinin olduğunu iddia etmək üçün yeni bir şouya start verilib. Bu, həm də diqqətin Bako Saakyan rejimindən yayındırılması məqsədi daşıyır.

Qeyd edək ki, İrəvanda mətbuat konfransı zamanı Levon Ter-Petrosyanın rəhvbərlik etdiyi Erməni Milli Konqresi Partiyasının (EMK) nümayəndəsi Zoya Tadevosyan “Qarabağ münaqişəsinin həlli üçün tələb olunarsa, əraziləri qaytarmaq lazımdır” bəyanatını verib. O, həmçinin deyib ki, “Tutulan ərazilər Azərbaycan əraziləridir”.

Həmçinin oxuyun

“Hazırda dünyanı təhdid edən müharibələr” – Dəyirmi masa

“Sağlamlıq Naminə Humanitar Təbabət“ İctimai Birliyinin təşəbbüsü ilə “Hazırda dünyanı təhdid edən müharibələr” mövzusunda dəyirmi …