Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Erməni mafiyası Nazarbayevdən KTMT-də Azərbaycan təəssübünün qisasını alır

Erməni mafiyası Nazarbayevdən KTMT-də Azərbaycan təəssübünün qisasını alır

Qazaxıstanda yerli əhali ilə orada yaşayan ermənilər arasındakı münaqişə daha dramatik hal almağa başlayıb. Karaqanda şəhərində baş vermiş faciəvi hadisələr hazırda Qazaxıstanın hüdudlarından kənarda da müzakirə obyektinə çevrilib.

Xatırladaq ki, cari ilin 1 yanvar tarixində, Yeni il gecəsi Qazaxıstanın Karaqanda şəhərində ermənilərə məxsus olan “Drevniy Rim” restoranında cinayət hadisəsi baş verib. İaşə obyektində Yeni ili qarşılamaq üçün toplaşmış ermənilər və qazaxlar arasında mübahisə yaranıb, daha sonra restoranın həyətində dava formasında davam etdirilib və nəticədə 1 qazax gənc – 1995-ci il təvəllüdlü Raxımjan Janseyt öldürülüb, digər 3 qazax müxtəlif xəsarətlər alıb.

Hadisə ilə bağlı videogörüntülər də sosial şəbəkələrə ötürülüb. Hüquq-mühafizə orqanları tərəfindən qətl hadisəsini törətmiş və bu cinayətdə təqsirli bilinən milliyyətcə erməni olan 2 nəfər – Malxasyan Torqom Manveloviç, Malxasyan Soxak Samveloviç və milliyyətcə qazax olan 1 nəfər – Nadırbekov Kair Xamitoviç tutularaq barələrində həbs-qətimkan tədbiri seçilib, milliyyətcə erməni olan digər 1 nəfər – Qururyan Narek haqqında isə axtarış elan edilib. Bu şəxslər barəsində məlumat hadisədən 2 gün sonra mətbuatda rəsmi olaraq dərc olunub.

Baş vermiş hadisə, yəni ermənilərin mütəşəkkil dəstə şəklində etnik qazaxı öldürməsi Qazaxıstan ictimaiyyətində haqlı narazılığa səbəb olub.

Bu hadisə ermənilər və onların xaricdə formalaşdırdıqları diaspor qurumları ilə bağlı olan həqiqətləri bir daha təsdiqləmiş oldu. Yenidən bəlli oldu ki, ermənilər yaşadıqları ölkələrdə tülkü kimi gizlənib, yalnız fürsət düşəndə üzə çıxmağı xoşlayırlar. Onlar məskən saldıqları ölkələrin ən gəlirli sahələrini ələ keçirməklə, hətta yerli əhalidən də üstün durumda yaşamağı bacarırlar. Yeni il günü baş verən hadisə ermənilərin Türk dünyasına qarşı hansı dərəcədə nifrət, kin bəslədiyini bir daha üzə çıxardı. Bir neçə erməni əsilli şəxs tərəfindən türk soyuna məxsus olan qazax gəncin amansızcasına qətlə yetirilməsi bunun bariz nümunəsidir. Bu hadisə ermənilərin Qazaxıstanın siyasi elitası və güc strukturlarında ciddi himayəçilərinin olduğunu dəqiq təsbit etdi.  Burada “arxalı köpək qurd basar” məsəli lap yerinə düşmüş olur. Hələ SSRİ dönəmindən Qazaxıstanda adlarını gizlətmiş erməni əsilli adamların böyük ranqlara kimi irəlilədiyi faktları olub. Bu günlərdə baş verən hadisə onu deməyə əsas verir ki, Qazaxıstanda kifayət qədər adlarını gizlətmış erməni əsilli məmur var ki, onların da başlıca vəzifəsi diaspor adı ilə fəaliyyət göstərən kriminal zümrəyə dəstək verməkdən ibarətdir. Baş verən hadisə bir daha sübut etdi ki, ermənilər yaşadıqları bütün ölkələrdə kriminal, mafioz qruplar yaratmaq, “qara işlər”lə məşğul olmaq üzrə tam ixtisaslaşıblar. Ən başlıcası isə, Karaqandadakı hadisədə siyasi çalarların nəzərə çarpmasıdır.  Bunu görmək üçün az müddət əvvəl Qazaxıstan siyasi rəhbərliyinin Ermənistanla bağlı tutduğu prinsipial mövqeyə diqqət yetirmək gərəkdir. Yadınızdadırsa, Ermənistanın da təmsil olunduğu KTMT sammitində Qazaxıstan, birmənalı olaraq, rəsmi İrəvanın quruma sədrlik etməsinə qarşı çıxdı. Nursultan Nazarbayev sona qədər həmin prinsipial mövqeyini qoruyub saxladı.  Karaqandadakı qanlı hadisənin məhz belə bir dönəmə təsadüf etməsi onu deməyə əsas verir ki, burada ermənilərin qazaxlardan qisas almaq kimi niyyəti açıq-aydın görünür və bunun Ermənistanın siyasi dairələri ilə bağlılığı istisna edilmir.

 

Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev də qəzetimiə bildirdi ki, Qazaxıstanda baş verən hadisə artıq başqa məcraya yönəlib:“Yerli əhalinin təkidli tələblərinin bu şəkildə artması hadisədə başqa izlərin olmasını iddia etməyə əsas verir. Bəli, artıq tam sübut olunur ki, xaricdəki erməni diasporu Ermənistanın kriminal mahiyyətli hakimiyyətləri ilə birgə fəaliyyət göstərir. Onların işbirliyinə aid konkret dəlillər, sübutlar ortaya qoyulub. Əgər erməni əsilli oğrulara diplomatik pasport daşımağa şərait yaradılırsa, onda Qazaxıstandakı hadisələrdə Ermənistan hakimiyyətinin əlinin olması təəccüblü görünməməlidir. Qazaxıstan və Belarusun KTMT-də nümayiş etdirdiyi mövqe Ermənistanın heç xoşuna gəlmədi. Onlar bunu açıq etiraf edirdilər. Hətta ölkə rəhbərlərindən Ermənistana əsl müttəfiqlik mövqeyinin sərgilənməsini tələb edirdilər. Ermənilər diaspor kartından hər zaman öz dövlətlərinin mənfəətləri üçün istifadə ediblər. Ermənistanda diasporun dövlətə, dövlətin isə diaspora təsir imkanları yarıya-yarıdır. Əksər hallarda ikisi bir yerdə hərəkət edir. Qazaxıstanda baş verən hadisədə kriminaldan çox, siyası çalarlar görürəm. Həmin hadisənin qazaxlardan qisas almaq üçün Ermənistan hakimiyyətinin sifarişi ilə törədildiyini də istisna etmirəm”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …