Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Doqquz ölkənin əmlak şirkətləri Bakıda: möhtəşəm təkliflər var – FOTOLAR

Doqquz ölkənin əmlak şirkətləri Bakıda: möhtəşəm təkliflər var – FOTOLAR

“Suryapı” rəsmisi: “Azərbaycanlılara Türkiyə vətəndaşları ilə eyni şərtləri təklif edirik”

Bu gün Bakıda 4-cü Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi (“REC Expo”) işə başlayıb. Tədbirdə 9 ölkədən – Azərbaycan, Türkiyə, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri, Monteneqro, İspaniya, Portuqaliya, Böyük Britaniya və ABŞ-dan 100-dən çox layihənin təqdimatı keçirilir.

Qeyd edək ki, Azərbaycan vətəndaşları arasında xarici ölkələrdən daşınmaz əmlak alanların sayı getdikcə artır. Təsadüfi deyil ki, qonşu Türkiyədə daşınmaz əmlak, xüsusilə mənzil əldə edən xaricilər arasında azərbaycanlılar ilk yerlərdən birini tutur. Bakı Beynəlxalq Sərgi Mərkəzində keçirilən sərgi noyabrın 24-nə qədər davam edəcək. Sərgi salonunda iştirakçı şirkətlərin stendlərində müxtəlif ölkələrdə icra olunan layihələr təqdim olunur, ziyarətçilərə təklif edilən daşınmaz əmlak barədə məlumatlar verilir. Azərbaycanlılar arasında populyar olan Türkiyə əmlak bazarını sərgidə xeyli sayda şirkət təmsil edir. Bunlardan biri də qonşu ölkənin ən böyük şirkətlərindən biri olan “Suryapı”dır.

a80f4a85-6c21-4329-87b1-88ccead029c9.jpg (63 KB)

Barış Ekener

Şirkətin baş direktor yardımçısı Barış Ekenerin “Yeni Müsavat”a verdiyi məlumata görə, Suryapı 26 ildir fəaliyyət göstərir: “Hazırda qrupumuzda 34 şirkət fəaliyyət göstərir. Əsas fəaliyyət istiqamətlərimiz arasında tikinti də var. Mənzil, ofis, ticarət mərkəzləri inşa edirik. Hazırda bitirdiyimiz tikinti layihələrimizin əhatə etdiyi binalarda 35 min nəfərə yaxın insan yaşayır. İndiyədək 127 layihə başa çatdırmışıq. Fəaliyyət istiqamətlərimizdən biri də enerji sahəsidir. Külək və hidroelektrik stansiyalarımız var. Eyni zamanda ildə 6 milyon nəfərə qədər insanın baş çəkdiyi 4 ticarət mərkəzimiz var. Bunlardan 3-ü İstanbulda, biri Bursadır. Hazırda şirkətimiz Türkiyənin ən böyük tərpənməz əmlak portfelinə sahibdir – 23 min mənzillə. İstanbul və Bursada 14 mənzil layihəmizdə işlər gedir. Ən böyük layihələrimizdən biri Antalyada inşa etdiyimiz şəhərdir. Bu, Türkiyədə ən böyük şəhərsalma layihəsidir. Layihə 1 milyon 300 min kvadratmetr ərazini əhatə edir”.

B.Ekener deyir ki, hazırda Türkiyənin əmlak bazarında müşahidə olunan durğunluq onların fəaliyyətinə mane olmur:“Köklü şirkətlər üçün belə vəziyyətlər yeni bazarlara açılmaq baxımından bir fürsət yaradır. Belə şirkətlərin güclü nouhouları, sadiq müştəriləri var. Məsələn, Türkiyədə yaşanan məzənnə artımı nəticəsində avqust ayından bəri biz Avropada yaşayan soydaşlarımıza böyük miqdarda əmlak satdıq. Onlar 25 min avroya bizim Antalya layihəmizdən bir ev ala bilirlər”.

a846d3ae-e390-4085-8740-6b70848dead5.jpg (84 KB)

Şirkət rəsmisinin sözlərinə görə, hər təbəqənin imkanlarına uyğun əmlak təklif etdikləri üçün satışda problem yaşamırlar: “Alıcıların imkanlarına uyğun ödəniş forması təklif edə bilirik. Ona görə də əmlak satışımzda axsamalar olmayıb”.

“Suryapı”nın xarici ölkə vətəndaşı olan alıcıları arasında azərbaycanlılar ikinci yerdə gəlir. B.Ekener bildirir ki, onlardan ofis, mənzil, mağaza alan azərbaycanlılar çoxdur: “Bu il 100-dən yuxarı azərbaycanlı qardaşımıza əmlak satmışıq. Bizdən ofis də alan var, mənzil də, mağaza da. Xüsusilə İstanbulun Avropa hissəsindəki başa çatmış ticarət mərkəzimizdə çoxlu ofis alanlar oldu. Bundan əlavə, Günəşlidə iki layihəmizdən də alışlar çoxdur. Buna görə də biz təkliflərimizi azərbaycanlı qardaşlarımıza daha yaxından təqdim etmək istəyirik. Xüsusilə də Antalya layihəmizdə sizləri cəlb edəcək şərtlərimiz, qiymətlərimiz var. Bilirik ki, azərbaycanlı qardaşlarımız da Antalyanı çox sevir”.

deafaacb-6cbe-4f72-a33e-dd41eddf15de.jpg (82 KB)

Qeyd edək ki, “Suryapı”nın Antalyada inşa etdiyi şəhər layihəsi Avropada “ağıllı şəhər layihəsi” kimi bir neçə mükafata layiq görülüb. Bütün şəhərdə vayfay olacaq, binalar enerji panelləri ilə təchiz olunacaq. Şəhərdə bütün küçələrdə hibrid avtomobillər üçün enerji yığımı stansiyaları, velosiped yolları olacaq. Şəhərdə 1+1 otaqlı, sahəsi 60 kvadratmetr olan bir mənzilin qiyməti 50 min manatdan başlayır: “Burada azərbaycanlı qardaşlarımıza Türkiyə vətəndaşları ilə eyni şərtlər təklif edirik: 35 faizini nağd alırıq, 15 faizini 6 ay sonra alırıq, qalan məbləğ isə 36 aylıq faizsiz kreditlə ödənir. Buna görə də Azərbaycan bazarından gözləntilərimiz böyükdür”.

Yeri gəlmişkən, B.Ekener gələcəkdə “Suryapı”nın Azərbaycanda da tikinti layihələrini həyata keçirməsini istisna etmir.

Xatırladaq ki, “REC Expo” noyabrın 24-dək davam edəcək.

 

 

 

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …