Ana səhifə / Siyasət / Deputatlar ingilis dilini bilir? – Danışmaqdan imtina edənlər + VİDEO

Deputatlar ingilis dilini bilir? – Danışmaqdan imtina edənlər + VİDEO

Parlamentin payız sessiyasının ilk plenar iclasında deputat Qüdrət Həsənquliyev ingilis dilinin tədrisinin daha da genişləndirilməsilə məsələsini qaldırıb.
Mia.az xəbər verir ki, parlamentin spikeri bildirib ki, deputatlar üçün ödənişsiz ingilis dili kursu təşkil edilsə də təəssüflər olsun ki, 3 millət vəkilindən başqa heç kəs kursa maraq göstərməyib.
“Arb” televiziyası deputatların ingilis dilində danışıq səviyyəsini öyrənmək üçün sorğu keçirib. Millət vəkillərindən Elman Nəsirli, Məlahət İbrahimqızı ingilis dilində biliyini nümayiş etdirərək xarici dildən danışsa da, Milli Məclisin təşkil etdiyi ingilis dili kursuna gedən millət vəkili Zahid Oruc xarici dildə hər hansı bir cümlə söyləməkdən imtina edib.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …