Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / Conatan Knoff: “Böyük Britaniya Azərbaycanın ərazi bütövlüyünün bərpasını istəyir, amma… sülh yolu ilə”

Conatan Knoff: “Böyük Britaniya Azərbaycanın ərazi bütövlüyünün bərpasını istəyir, amma… sülh yolu ilə”

“Şimali İrlandiya Böyük Britaniyanın bir parçasıdır və biz imkan vermərik ki, kimsə krallığın bu hissəsindəki proseslərə qarışsın”.

Bunu virtualaz.org-a eksklüziv açıqlamasında Britaniya eksperti Conatan Knoff deyib.

“İrlandiya Avropa İttifaqının (Aİ) üzvü kimi, Aİ ilə Böyük Britaniya arasındakı Brexit şərtlərinə görə danışıqların gündəliyinə Şimali İrlandiya məsələsini də daxil etməyi tələb etdi, ancaq Şimali İrlandiya Böyük Britaniyanın bir hissəsidir, hansı ki, öz ərazilərinin legitimliyini heç kimlə müzakirə etməyə hazırlaşmır”,-deyə Knoff izah edib.

“Elə isə onda Böyük Britaniya Qarabağ problemi üzrə Bakını niyə Yerevanla danışıqlara çağırır” sualına britaniyalı ekspert belə cavab verib:“Böyük Britaniya həmişə dövlətlərin ərazi bütövlüyünü dəstəkləyir, amma London istənilən məsələnin güç yolu ilə həlli metodunun əleyhinədir. London və Belfast öz problemlərini yalnız sülh yolu ilə həll edirlər. Və düşünürəm ki, Brexit məsələsində Şimali İrlandiya əhalisi öz dövlətlərinin mövqeyini dəstəkləyəcək”.

Həmçinin oxuyun

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasının ildönümüdür

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il keçir. 2023-cü il aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası …