Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / “Borçalı” Cəmiyyəti Gürcüstanda baş verən son olayla bağlı açıqlama yaydı…

“Borçalı” Cəmiyyəti Gürcüstanda baş verən son olayla bağlı açıqlama yaydı…

Gürcüstanın paytaxtı Tbilisidə gedən etiraz aksiyaları vaxtı bir nəfər soydaşımızın Marneuli şəhər İcra başçısının ailəsinə və özünə qarşı təhqiredici ifadələr işlədərək onu sosial şəbəkələrdə yaymasından sonra gərgin durum yaranmışdır. Yayılan informasiyalara görə Marneulu meri Temur Abazov, Gürcüstan parlamentinin deputatı Azər Suleymanovun və digər şəxslər də ona cavab olaraq təhqiredici videonun müəllifinin üzərində alçaldıcı hərəkətlər edərək qanundankənar hərəkətlərə yol vermişlər. Artıq cinayət işi açılmış, Marneuli meri Temur Abazov həbsə alınmış, digərləri haqda ölçü götürülməsinə hüquqi hazırlığa start verilmişdir. 
“Borçalı Cəmiyyəti”nin İdarə Heyəti baş verən xoşagəlməz hadisəni müzakirə edərək  bildirməyi vacib hesab edir ki, insan ləyaqətinə heç kimin toxunmaq haqqı olmadığı kimi, hakimiyyət və səlahiyyət güc tətbiq etmək, qisas almaq, insan ləyaqətini alçaltmaq vasitəsi deyildir. Eyni zamanda bildirir ki, bir başqasının ailəsini təhqir edənin cəzasını hüquq sistemi müəyyənləşdirdiyi halda, qoçu qaydalarına müraciət etmək ən azından cahillik, qanunlara sayğısızlıq əlamətidir. Gürcüstanda soydaşlarımız olan səlahiyyət sahiblərinin adlarının bu mənfilikdə hallardırılmasına və məhz bu ittihamla həbs olunaraq, istintaqa cəlb olunmalarına görə təəssüf hissi keçirir, bu əməli törədənləri qınayır və bu hadisənin hər-hansı bir formada siyasiləşdirilməsi cəhdlərini də yolverilməz hesab edir. Borçalı Cəmiyyəti soydaşlarımızı təmkinlə davranaraq açılmış cinayət işinin istintaqının obyektiv, ictimai nəzarət, media və ictimai müdafiəçilərin də yaxından iştirakı ilə aparılmasını vacib hesab edir.
Yekun olaraq İdarə Heyəti heç kimin şühbə etmədiyi istintaq prosesi nəticəsində məhkəmə sisteminin ədalətli qərarlar verəcəyini və cinayət halı sübut olunarsa cinayətkarların layiqli cəzalar alacağına inam ifadə edir.
“Borçalı Cəmiyyəti”nin mətbuat xidməti
14 iyun 2018
Bakı şəhəri

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …