Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / Bakı Şəhər İcra Hakimiyyəti və Slavyan Universitetində şok qanunsuzluqlar

Bakı Şəhər İcra Hakimiyyəti və Slavyan Universitetində şok qanunsuzluqlar

Bakı Slavyan Universiteti (BSU) üzrə vəsaitlərin istifadəsinə dair audit nəticəsində məlum olub ki, valideynləri ali məktəbin əməkdaşı olan 2 tələbə, məcburi köçkün statusu olmayan 4 tələbə əsassız olaraq təhsil haqqının ödənilməsindən azad edilib.
Report-un xəbərinə görə, bu barədə Hesablama Palatasının 2014-cü il üzrə hesabatında bildirilib.
Bundan başqa, təhsilini bitirən və diplomları hələlik verilməyən 42 tələbə üzrə təhsil haqqı borcu mövcud olub, təhsil haqqı üzrə debitor və kreditor borclar bəzi hallarda uçota alınmayıb, bağlanılan müqavilə şərtlərinə əməl edilməməsi nəticəsində universitetdə təhsil alan əcnəbi tələbələrdən, əlavə təhsil fakültəsinə qəbul olunan müdavimlərdən və təşkil edilən yay məktəbində kredit borcu üzrə təhsil haqqının alınması təmin edilməyib.
Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, professor-müəllim heyətinin vəzifə maaşına elmi adlara və elmi dərəcələrə görə əlavələrin düzgün hesablanmaması və kateqoriyaların düzgün müəyyən edilməməsi nəticəsində artıq, dosent və professor vəzifəsində işləyən pedaqoji işçilərin vəzifə maaşının düzgün müəyyənləşdirilməməsi nəticəsində isə onlara az əmək haqqı ödənilib, BSU-nun nəzdində fəaliyyət göstərən məktəb-lisey üzrə əmək haqqına əlavələrin düzgün tətbiq edilməməsi nəticəsində, eləcə də bir vahid direktor müavini ştatı artıq saxlanılaraq əmək haqqı ödənilib, müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan universitetdə xarici tələbələrlə iş üzrə dekanlıq yaradılıb, 1993-cü ildən BSU-nun məcburi köçkünlər məskunlaşmış və fəaliyyəti olmayan yataqxanaları üzrə saxlanılan ştatlara görə əmək haqqı ödənilib, normativdən artıq kafedralar, məktəb-liseydə müvafiq şərait olmadan günü uzadılan qruplar yaradılıb.
Hesabatda o da qeyd edilir ki, elmi konfrans zamanı dəftərxana xərci normasına əməl olunmaması, ezamiyyə normalarına düzgün əməl edilməməsi nəticəsində, aylıq yürüş həddi və yanacaq sərfi normasına əməl edilməməsi nəticəsində normadan artıq vəsait xərc edilib, heç bir vəzifəli şəxsə təhkim olunmayan avtomobilə yanacaq silinib, universitet tərəfindən düzgün olmayaraq müxtəlif adlı təqaüdlər təsis edilərək artıq təqaüd ödənilib, təqaüdlərin ödənilməsi üçün yığılan vəsait hesabına tələbələrə mükafat və artıq təqaüd verilib, müvafiq təlimatın tələblərinə əməl edilməyərək dövlət öhdəliyinə qəbul olunmayan kreditor borc ödənilib, BSU-nun anbarı üzrə mal-materialların artıqlığı və çatışmazlığı müəyyən edilib, yerinə yetirilməyən işlərə görə podratçılara vəsait ödənilib.
Audit nəticələri üzrə aşkar edilən nöqsanların aradan qaldırılması məqsədilə görülən tədbirlərlə bağlı BSU tərəfindən təqdim edilən məlumatda 68 900 manat məbləğində vəsaitin müvafiq qaydada dövlət büdcəsinə bərpa edildiyi, 817,4 manat artıqlığın uçota alındığı, 16 627,5 manat dəyərində təmir işlərinin yerinə yetirildiyi, 7 500 manat məbləğində debitor və 36 990 manat məbləğində kreditor borcun uçota alındığı, universitetin nəzdində fəaliyyət göstərən məktəb-liseyin bir sıra rəhbər, inzibati və xidmətedici işçilərinin vəzifə maaşlarına 15% əlavə hesablanmasının dayandırıldığı, məktəb-lisey üzrə artıq saxlanılan 5 ştat vahidinin ixtisar edildiyi bildirilib.
Nöqsanlara yol verən 7 nəfər barəsində müvafiq intizam tənbehi tədbirləri görülüb, o cümlədən baş mühasibə, 2 şöbə müdirinə, 1 mühasibə, 1 dekana, baş mühəndisə və Məktəb-Lisey Kompleksinin direktor müavininə töhmət elan edilib.
Hesablama Palatası digər bir qanunsuzluq faktlarını isə Bakı Şəhər İcra Hakimiyyətində aşkarlayıb.
Belə ki, Bakı şəhəri ərazisində küçə reklamının yayımı sahəsində qanunvericiliyin pozulması hallarının aşkar olunmasına dair səyyar qaydada aparılan nəzarət tədbirlərinin nəticələri rəsmiləşdirilməyib.
Hesabat ilində Hesablama Palatası Bakı Şəhər İcra Hakimiyyəti Reklam və İnformasiya İdarəsinin maliyyə-təsərrüfat əməliyyatlarının, eləcə də dövlət gəlirlərinin yığılmasının və dövlət əmlakından istifadə olunmasının qanunvericiliyə uyğunluğuna dair audit aparıb.
Hesabatda qeyd olunur ki, reklam lövhələrinin yerləşdirilməsinə icazə verilən kommersiya obyektləri üzrə reklam yayımı tariflərinin rəsmiləşdirilməsi zamanı reklam daşıyıcılarının yerlərinin differensiallaşdırılması müvafiq normativ aktlarda təsbit edilmiş kateqoriyalara (yerlərə) tam şəkildə həyata keçirilməyib. Eyni zamanda, dövlət mülkiyyətində olan torpaqların, binaların və digər obyektlərin uçotu aparılmayıb.
Bir neçə küçə reklam lövhələri vasitəsi ilə reklam yayımının həyata keçirilməsi Azərbaycan Prezidentinin fərmanı ilə təsdiq edilmiş “Reklam yayımına icazə (razılıq) qaydaları”nın tələblərinə əməl edilməyərək və Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilən “Küçə reklamı lövhəsinin yerləşdirilməsinə icazə sənədinin forması” məzmununa uyğun olmayaraq bir icazə sənədi əsasında rəsmiləşdirilib. Ayrıca, dayaqlı müxtəlif reklam daşıyıcılarının yerləşdirilməsinə icazələrin verilməsi üçün tələb olunan və qəbul edilən reklam daşıyıcılarının layihələri və eskizləri bütün hallarda qanunvericilikdə müəyyən edilmiş qaydada təsdiq edilməyib.
2014-cü ildə küçə reklamı üzrə aparılan 199 əməliyyat üzrə 13 930 manat dövlət rüsumunun tutulması və dövlət büdcəsinə ödənilməsi təmin edilməyib, həmçinin reklam işlərinin görülməsi zamanı müvafiq qanunvericilik aktlarının tələbləri gözlənilməyib

 

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …

Bir cavab yazın