Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Bakı-İslamabad aviareysinin açılışı yenidən təxirə salındı

Bakı-İslamabad aviareysinin açılışı yenidən təxirə salındı

“Türkiyə Hava Yolları” aviaşirkətinin Bakı-İslamabad marşrutu ilə sərnişin aviareysinin açılışı yenidən təxirə salınıb.

“Report” xəbər verir ki, avqustun 12-də reallaşmalı olan ilk İstanbul-Bakı-İslamabad reysi qısa müddət üçün bir dəfə təxirə salınıb və uçuşlara sentyabrın ortalarında başlanacağı bildirilib.

Hazərda həftədə 4 dəfə rallaşdırılan İstanbul-İslamabad birbaşa reyslərinin sayı 5-ə çatdırılmalı idi, lakin son qərara görə bu rəqəm 4-dən 7-yə çatdırıldığı üçün bu həftə başlanması planlaşdırılan Bakı-İslamabad reysinin açılması qeyri-müəyyən müddətə təxirə salınıb.

Qeyd edək ki, avqustun 12-dən “Türkiyə Hava Yolları” şirkətinə məxsus təyyarələr həftədə iki dəfə İstanbul-Bakı-İslamabad marşrutu üzrə reyslərə başlamağı planlaşdırırdı.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın