Ana səhifə / Siyasət / “Bakı-Ankara münasibətləri Moskvanın da xeyrinədir” – Ərdoğanın baş müşaviri

“Bakı-Ankara münasibətləri Moskvanın da xeyrinədir” – Ərdoğanın baş müşaviri

“Dağlıq Qarabağ erməni terrorçuların işğalına məruz qalıb. BMT də bunu işğal olaraq görür. Ermənistan tezliklə Azərbaycan torpaqlarının işğalına son verməlidir”

Bunu Azvision.az-ın sualına cavab olaraq Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu bildirib. O, qeyd edib ki, Türkiyə hər zaman, hər yerdə qardaş Azərbaycanın yanındadır.

“Azərbaycan-Türkiyə münasibətləri hər iki ölkənin dövlət başçılarının dostluqları sayəsində ən üst səviyyədədir. Hörmətli prezident İlham Əliyev beynəlxalq toplantılarda hər kəsə açıq şəkildə deyir ki, Türkiyə burada yoxdursa, mən varam. Bizim xarici işlər nazirimiz beynəlxalq tədbirlərdə Azərbaycanın da xarici işlər naziriyəm deyir. Ölkə başçımız Rəcəb Tayyib Ərdoğan dəfələrlə vurğulayıb ki, Azərbaycanın hər məsələsi bizim məsələmizdir”.

Yalçın Topçunun fikrincə, bu münasibətlər təkcə Bakı ilə Ankaranın deyil, Moskvanın da, Vaşinqtonun da xeyrinədir, bundan Pekin belə faydalanacaq.

“Bakı ilə Ankaranın birliyindən rifah doğacaq və bütün insanlıq bundan fayda görəcək”.

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …