Ana səhifə / Siyasət / Azərbaycanlı deputata qarşı zorakılıq ittihamı irəli sürülüb

Azərbaycanlı deputata qarşı zorakılıq ittihamı irəli sürülüb

Gürcüstan parlamentinin azərbaycanlı deputatı, müxalif Vahid Milli Hərəkat partiyasının üzvü Azər Süleymanova qarşı zorakılıq ittihamı irəli sürülüb.

Bu barədə A. Süleymanov Rustavi prokurorluğunda dörd saatdan çox davam etmiş dindirilmə və ittihamın irəli sürülməsi prosedurundan sonra bildirib.

O, ittihamla razılaşmayaraq, onun siyasi xarakter daşıdığını deyib: “Bu, Baş Prokurorluğun Vahid Milli Hərəkat partiyasına qarşı növbəti siyasi oyunudur. Mənim Marneulidəki insidentdə heç bir günahım yoxdur”.

Marneulidə baş vermiş insidentin qurbanı yerli sakin Elçin Allahverdiyevin vəkili Yekaterina Midodaşvili bildirib ki, müdafiə etdiyi şəxs ifadəsində A. Süleymanovu onu fiziki təhqirə məruz qoyduğunu, Marneulinin icra başçısı Temur Abazovun isə ona qarşı seksual xarakterli zorakılıqla hədə-qorxu gəldiyini deyib.

Qeyd edək ki, bu gün Marneuli rayonunun icra başçısı T. Abazov E. Allahverdiyevə qarşı qeyri-insani və alçaldıcı hərəkətinə görə saxlanılıb. Faktla bağlı istintaqa A. Süleymanov da cəlb olunub. Deputatın toxunulmazlığı onu saxlanma və həbsdən müdafiə edir. (APA)

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …