Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / Azərbaycan nəqliyyat dəhlizləri məsələlərinə xüsusi diqqət ayırıb

Azərbaycan nəqliyyat dəhlizləri məsələlərinə xüsusi diqqət ayırıb

Xəbər veridiyimiz kimi, Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası öz işinə başlayıb.

İclasa sədrlik edən Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın QİDƏT-ə sədrlik etdiyi dövrdə regional əməkdaşlıq, xüsusilə nəqliyyat dəhlizləri məsələlərinə diqqət ayırdığını deyib.

“Əminəm ki, QİDƏT Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası əməkdaşlıq məsələlərini müzakirə etmək üçün çox gözəl imkan olacaq. Gündəliyimiz olduqca zəngindir. Biz təşkilatımızın effektliyinin artırılmasından tutmuş, enerji, tranzit, turizm, kənd təsərrüfatı kimi sahlərdə əməkdaşlıq məsələlərini müzakirə edəcəyik”, – deyə Məmmədyarov qeyd edib.

Qeyd edək ki, bu ilin iyulun 1-dən QDİƏT-ə Azərbaycan sədrlik edir. Ölkənin təşkilata sədrliyi “Bağlantılar vasitəsilə ticarətin gücləndirilməsi” şüarı altında həyata keçirilib. Azərbaycanın QDİƏT-ə sədrliyi dekabrın 31-də başa çatacaq və sonra Bolqarıstana keçəcək.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Türkiyə Respublikasının təklifi ilə 1992-ci il iyunun 25-də İstanbul Bəyannaməsinin imzalanması ilə yaradılıb. Hazırda təşkilatın 12 ölkə – Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Serbiya, Türkiyə və Ukrayna təşkilatın üzvüdür. 14 dövlət və 4 təşkilat QDİƏT-də müşahidəçi statusuna malikdir.

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …