Ana səhifə / Siyasət / Azərbaycan konfetləri Ermənistanda çaşqınlığa səbəb oldu

Azərbaycan konfetləri Ermənistanda çaşqınlığa səbəb oldu

Ermənistan mağazalarında üzərində Azərbaycan dilində markalanma olan konfetlər satışa çıxarılıb. Virtualaz.org “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu ölkənin Qida məhsullarının təhlükəsizliyi dövlət xidmətinin başçısı Georgi Avetisyan deyib.

Avetisyanın sözlərinə görə, konfet qutularının üzərində erməni dilində qeyd olmasa da, Azərbaycan dilində və digər dillərdə markalanma olub, bu isə qüvvədə olan qanunvericiliyin pozulmasıdır, həm də onu göstərir ki, məhsul Ermənistana ixrac olunmaq üçün nəzərdə tutulmayıb.

Söhbət “Ferrero SpA” İtaliya şitkərinin istehsal etdiyi “Rafaello” və “Ferrero Rocher” konfetlərindən gedir ki, bunlar Ermənistana “Ferrero SpA” şirkətinin rəsmi nümayəndəliyi tərəfindən deyil, Avetisyanın bildirdiyi kimi, “naməlum təşkilat” tərəfindən idxal olunub.

“Biz idxalçını tapa bilmədik. Konfetlər “Surmalu” yarmarkasında alınıb. Onlar Ermənistana ya qaçaqmalçılıq yolu ilə gətirilib, ya da gömrük rüsumu tətbiq edilməyən 25, yaxud 50 kiloqramlıq partiya ilə daxil olub”, – Avetisyan bildirib.

“Şübhəli konfetlər” müsadirə edilib, indi Ermənistanın qida məhsulları təhlükəsizliyi dövlət xidməti onların mənşəyini araşdırır.

Oxşar hallar Ermənistanda artıq dəfələrlə baş verib. 2017-ci ildə Yerevan bazarlarında Azərbaycanın Quba rayonunda yetişdirilmiş almaların satışı qeydə alınmışdı.

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …