Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Arif Mehdiyevin yerinə kim təyin olunacaq?

Arif Mehdiyevin yerinə kim təyin olunacaq?

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, fizika-riyaziyyat elmləri doktoru, akademik Arif Mehdiyev dekabrın 19-da vəfat edib.

Arif Mehdiyev 1934-cü il, elə vəfat etdiyi tarixdə, yəni 19 dekabrda Bakı şəhərində anadan olub. O, Moskvada Rabitə Elektrotexnika İnstitutunu bitirib. O 1992-ci ildən Beynəlxalq mühəndis akademiyasının həqiqi üzvü, 1996-cı ildən isə Amerika astronavtika və aeronavtika institutunun üzvü idi. Təbii obyektlərin parametrlərini təyin etmək üçün məsafə və kontakt ölçmələrin texnoloqiyasının, məsafə zondlaşmasının üsullarının və texnikasının inkişafı sahəsində mühüm nəticələr əldə edib.

Prezident İlham Əliyev Arif Mehdiyevin Azərbaycan elminin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilməsinə dair sərəncam imzalayıb.

18 dekabr 2014-cü ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Arif Mehdiyev “Şərəf” ordeni ilə təltif edilib.

Arif Mehdiyev ikinci Fəxri Xiyabanda dəfn olunub. Onun dəfn mərasimində Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, baş nazirin müavini Elçin Əfəndiyev, təhsil naziri Mikayıl Cabbarov və digər rəsmilər iştirak ediblər.
Ali Attestasiya Komissiyası hansı funksiyanı yerinə yetirir? Arif Mehdiyevin yerinə kim təyin oluna bilər?

Təhsil üzrə ekspert Etibar Əliyev bildirib ki, bizim Ali Attestasiya Komissiyası kimi qurumlara yalnız post-sovet məkanına daxil olan ölkələrdə rast gəlmək olar:

“Ali Attestasiya Komissiyası elmin, texnikanın, təhsilin, incəsənətin bütün sahələri üzrə elmi dərəcələrin (fəlsəfə doktoru və elmlər doktoru) və elmi adların (dosent və professor) daxil olan attestasiya işlərinin ekspertizasını həyata keçirir və onlara dövlət tərəfindən elmi dərəcələr və elmi adların verilməsini təmin edir.

Azərbaycan ali təhsil sisteminin 2005-ci ildə “BoloniyaBəyənnaməsi”nəqoşulmasına baxmayaraq Ali Attestasiya Komissiyasının taleyi həll olunmayıb. Başqa sözlə, bu qurumun işi həmin bəyannamədən irəli gələn prinsiplərə söykənmir.

Mən deyərdim ki, bu qurumun dirçəlişi mərhum akademik Azad Mirzəcanzadənin sədr olduğu dövrdə baş verdi. Azad müəllim demək olar ki, tapşırıqlara baxmırdı. Bu da elmi işlərin keyfiyyətinə öz təsirini göstərirdi. Azad müəllimin istefasından sonra bu qurum xeyli “mülayimləşdi”. İndi kim istəsə alim ola bilər. Alimlərin sayı çoxaldıqca elmdə tənəzzül sürətlənir.

“Alma almaya bənzər” filmi gec çəkilsə idi, “istəyirsən sənin üçün texnikuma girim” məşhur ifadəsini “istəyirsən sənin üçün alim olum” ifadəsi ilə əvəzləyə bilərdilər.
Allah Arif Mehdiyevə rəhmət eləsin. Mən Azad müəllimin vaxtında müdafiə etdiyimdən onu yaxşı tanımırdım. Amma deyilənlərə görə çox xeyirxah adam olub. O ki, qaldı onun kiminlə əvəzlənməsi məsələsinə, mən həmin qurumun daxilindən kiminsə Ali Attestasiya Komissiyasının sədri təyin olunmasının tərəfdarı deyiləm. Orada maraqlar naminə qruplaşmalar var. Və bu işin ziyanına ola bilər. Bu quruma çox yaşlı olmayan, elmi potensialı yüksək olan, ədalətli və elmin qayğısına qalan bir şəxs təyin olunmalıdır”. (Musavat.com)

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın