Ana səhifə / Siyasət / “Apple” “İphone 7”-nin təqdimatına hazırlaşır

“Apple” “İphone 7”-nin təqdimatına hazırlaşır

“Apple” şirkəti “İphone 7”-nin təqdimatı ilə bağlı yeni qərar qəbul edib.

Axar.az xəbər verir ki, şirkət öz məhsulunu vaxtından tez ictimaiyyətə təqdim etmək niyyətindədir. Belə ki, təqdimat üçün şirkət sentyabr ayının 9-nu gözləyir.

“Apple” sentyabrın 9-da “İphone 7” modelini və yeni “İpad”ı təqdim edəcək. Təqdim olunacaq “İphone 7”-nin görünüşündə heç  bir fərq hiss olunmur, ancaq bəzi texniki parametrlər cəhətdən “İphone-6”-dan üstün olacaq.

Bunlardan biri də yeni “Force Touch Technology” funksiyasıdır. Bu funksiya ekrana toxunmanın həssaslığını yoxlayacaq. Bu da o deməkdir ki, Retina ekranındakı kiçik elektrodlardan istifadə edərək, incə toxunuşla sərt toxunuş arasındakı fərqi yoxlayacaq. “İphone 7”-də əlavə su keçirməyən korpus, enerjinin uzun müddət saxlanması, yüksək keyfiyyətli qrafika, sapfir kristal ekran kimi yeniliklər də olacaq.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın