Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Siyasət / Eldar Namazovun sədri olduğu birlik İlham Əliyevin namizədliyini dəstəklədi

Eldar Namazovun sədri olduğu birlik İlham Əliyevin namizədliyini dəstəklədi

“Deportasiya” İctimai Birliy Ermənistandan azərbaycanlıların deportasiyasının il dönümünə həsr olunmuş növbəti iclasını keçirib.

Birliyin sədri Eldar Namazov qeyd edib ki, həmvətənlərimizin Qərbi Azərbaycandan deportasiyasına, bizim xalqa qarşı soyqırım aktlarının törədilməsinə və Qarabağdakı torpağlarımızın işğalına, birliyin fəaliyyətində daimi əsas diqqət yetirilir.

“Əslində, bu problemlərin hamısının kökü birdir – erməni millətçilərinin əlləri ilə həyata keçirilən Rusiyanın regiondakı imperia siyasəti. Məhz bu siyasətin naticəsində bizim ərazilərdə müharibələr və münaqişələr baş verib, yerli sakinlər – azərbaycanlılara qarşı soyqırım və deportasiya aktları baş verib. Bu baxımdan, 1997-ci ilin dekabrında imzalanan Qərbi Azərbaycandan azərbaycanlıların deportasiyası haqqında mərhum prezident Heydər Əliyevin fərmanı mühüm əhəmiyyət kəsb edir. Bu fərmanla ilk dəfədir ki, bir əsrdən artıq həyata keçirilən anti-Azərbaycan siyasətinə tarixi və siyasi qiymət verilib”, – Namazov vurğulayıb.

Sonra görüş iştirakçıları birliyin idarə heyyatinin üzvü, elmlər doktoru Əziz Ələkbərlinin həmvətənlərimizin tarixi torpaqlarından deportasiya olunmalarının tarixi və siyasi aspektlərinə həsr olunan məruzəsini dinləyib.

Bundan sonra yığıncağın iştirakçıları üçün “Deportasiya” birliyi şurasının üzvü olan məşhur şair Vahid Əzizin “Qərbi Azərbaycanım” adlı yeni mahnısının videoklipi təqdim olunub.

Yekun məruzə ilə tanınmış alim-türkoloq, professor Firudin Cəlilov çıxış edib. O, ölkəmizin çətin bir dövrdə inkişaf ediyini, regional münaqişələrin ətrafımızda cərəyan etdiyini və bu münaqişələrin, xüsusən İsrail-İran münaqişəsinin sərhədlərimizə yaxınlaşma tendensiyasını vurğulayıb. Eyni zamanda, erməni millətçiləri tərəfindən Azərbaycan ərazilərinin davam edən işğalı nəticəsində Qarabağda hərbi əməliyyatların bərpa edilməsi ehtimalını yüksək olduğunu nəzərə çatdırıb: “Qeyd olunanlar hamısı bizdən xüsusi sayıqlıq, ümummilli birlik, cəmiyyətin və dövlətin səylərini birləşməsini tələb edir”.

Firudin Cəlilov bu çətin geosiyasi şəraitdə daxili sabitliyin təmin edilməsi naminə hazırkı prezident İlham Əliyevin namizədliyini qarşıdakı prezident seçkilərində dəstəkləməyə çağırıb.

Müzakirələr zamanı danışan Qaçqınlar cəmiyyətin sədr müavini Cümşüd Dərələyəzli , “Deportasiya“ birliyinin idarə heyətinin üzvləri Nurəddin Osmanlı və keçmiş baş prokuror Əli Ömərov da qarşıdan gələn seçkilərdə İlham Əliyevin namizədliyini dəstəkləməyi vacib sayıblar.

Azinforum.az

 

Həmçinin oxuyun

“Putin Ukraynada qalib gələrsə, bu Azərbaycana da təhlükə törədə bilər”

“Qafqazda bizim bir neçə vacib tərəfdaşlarımız var, buna görə də bu region NATO üçün çox …