Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Ağdaşda Heydər Əliyevin heykəli yoxa çıxdı

Ağdaşda Heydər Əliyevin heykəli yoxa çıxdı

Ağdaşda Heydər Əliyev parkında Ulu Öndərin xatirəsinə qoyulan heykəl götürülüb.
Bu barədə Ölkə.Az-a Ağdaş rayon sakinləri məlumat verib.
Bildirilir ki, 2011-ci ilin oktyabrın 11-də Prezident İlham Əliyev Ağdaşa səfəri zamanı bu heykəli ziyarət edib. Bu barədə president.az saytında olan məlumatlar da faktı təsdiqləyir. (http://www.president.az/articles/3457)
Ağdaş rayon İcra Hakimiyyətinin saytında olan şəkillər də bu heykəlin orada mövcüd olduğunu sübut edir.
Amma 2014-cü ildə parkda aparılan yenidənqurma işlərindən sonra heykəl yoxa çıxıb.  Əvəzində abidənin olduğu yeri indi ot basıb.
2014-cü ildə parkda yenidənqurma işləri aparılıb. Dövlət başçısının adıçəkilən rayona səfəri zamanı isə Heydər Əliyev Mərkəzində yeni abidə ucaldılıb.
 Amma parkda əvvəl olan Heydər Əliyevin abidəsini bundan sonra gördüm deyən olmayıb.
Məsələ ilə bağlı Ağdaş rayon icra başçısının müavini Aynur Novruzova Ölkə.Az-a açıqlama verib.
Xanım müavin həmin ərazidə heç vaxt Ulu Öndərin abidəsinin olmadığını bildirib.
“Heydər Əliyevin abidəsi o parkda deyil. Abidə Heydər Əliyev Mərkəzinin qarşısındadır. Hamı çox söz deyə bilər. Orada heç bir heykəl olmayıb da, aparılmayıb da. Özünüz gəlin, baxın”.
Aynur Novruzovaya bizə göndərilən şəkli sizə göndərək təklifimiz isə cavabsız qaldı. Xanım müavini telefonu söndürərək, bundan sonrakı zənglərimizi də cavabsız qoydu.
Amma fakt faktlığında qalır. Ağdaş sakinləri və icra hakimiyyətinin internet səhifəsində olan şəkillər abidənin olduğunu aydın göstərir.
Heykəl müəmması isə qaranlıq olaraq qalır.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın