Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Ağalar Vəliyevin adı “qara siyahı”da

Ağalar Vəliyevin adı “qara siyahı”da

15 gün öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 9 ayın yekunlarına həsr olunan nazirlər kabinetinin iclasında ölkənin iqtisadi vəziyyətinə toxunaraq iqtisadi göstəricilərin normal vəziyyətdə olduğunu bildirdi

Amma onu da vurğuladı ki, israfçılıq etmək olmaz, dövlət vəsaitinə qənaət etmək puldan məqsədli şəkildə istifadə etmək lazımdır.

Faktinfo.az saytı olaraq bildirmək istəyirik ki, “Azəraqrartikinti” ASC-nin prezidenti Ağalar Vəliyev ölkə prezidenti İlham Əliyevin bu fikirlərindən nəticə çıxarmır. Ağalar Vəliyev ani də olasa fikirləşmir ki, son illər paytaxt Bakıda və bölgələrdə ən pullu işləri orta məktəblərin təmirini, yenidən tikilməsini prezidenti olduğu “Azəraqrartikinti” ASC aparır. Orta məktəb və məktəbəqədər təhsil müəssisələrinə ayrılan 100 milyonlarla dövlət vəsaiti havaya sovrulur. Buna görə nə vaxtsa ondan da nəsə soruşula bilər. Ölkə rəhbərinin ona qarşı müsbət fikiri dəyişə bilər. Çünki, İlham Əliyev dövlət büdcəsini talayanlara qarşı görüləcək ciddi tədbirlərin anonsunu məlum müşavirədə verdi. Bu səbəbdən hədəfə tuş gələcək şəxslərdən biri A.Vəliyevin olduğu bildirilir.

Sayta daxil olan məlumatlara görə , ASC-yə təzə məktəb binalarının tikintisi üçün ayrılan dövlət vəsaiti hesabına bir məktəb binasının əvəzinə ikisini tikmək olar. Bir səbəblə tikintinin başa çatdırılmasına sərf olunan vəsaitə ciddi cəhdlə nəzarət oluna. Məsələn, “Azəraqrartikinti” ASC bakının Nizami rayonunda bir çox təmir və tikinti işləri həyata keçirib. Onların içində hazırda inşaası yarımçıq qalan bir neçə məktəb var. İki il bundan qabaq Nizami rayonunda 12 nömrəli orta məktəbi təmir edən “Azəraqrartikinti” ASC-nin xərclədiyi dövlət vəsaitinə təzə bir 1000 uşaq yerlilik məktəb tikmək olardı. Amma təmiri iki il bundan qabaq başa çatan 12 saylı məktəbi təkrar gəzməklə mənimsənilən dövlət vəsaitini müşahidə etmək mümkündür. Ondan bir az aralıda daha doğrusu 12saylı məktəbin yaxınlığında yerləşən 38 saylı orta məktəb də təmir olundu. Əlavə olaraq məktəbin ərazisində yeni məktəb korpusu tikilməyə başladı ki, 38 saylı məktəb bir növbəli qaydada işləsin. Məktəbin təmiri bərbad vəziyyətdə olub, ərazidə tikilən əlavə korpusun tikintisi yarımçıq qalıb. Nizami rayonu 238 saylı məktəbdə də əlavə korpusun tikintisi yarımçıq qalıb.

“Azəraqrartikinti” ASC-nin prezidenti Ağalar Vəliyevin isə başı mandat sevdasına qarışıb. Adam neçə belə tikintilərdə milyonları qazanarkən eyni vaxtda deputat da olmaq istəyir. Həmçinin hörmətli Oqtay Əsədovun adamı, onun çətiri altında fəaliyyət göstərdiyinə dair gəzən fikirlərə belə əhəmiyyət vermir. Düzdür biz inanmırıq Oqtay Əsədov Ağalar Vəliyevi himayə edə, hər halda belə fikirlər var.faktinfo.az saytına məlumat verən mənbə onuda əlavə edir ki, belə getsə Ağalar Vəliyev parlament seçkilərindən sonra böyük ehtimalla “Azəryolservis” ASC-nin prezidenti də olacaq.

Ölkə prezidenti İlham Əliyev isə hökumətin 9 ayın yekunlarına həsr olunmuş sosial-iqtisadi vəziyyətə dair iclasında dövlət vəsaitinə qənaət edib, israfçılıq etməməkdən danışdı. Ağalar Vəliyev kimi cənablara mesaj verdi ki, özünüzü yığışdırın. O, isə … işində bildiyini etməkdə 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən deputat seçilmək arzusundadır. Təbii belə şəxslər o cümlədən Ağalar Vəliyev fikirləşib, özü-özünə sual verməz, nədən dövlət vəsaitinə qənaət etmirəm. Belə olanda gərək ona sual verələr, niyə dövlət vəsaitinə qənaət etmir, “şişirdilmiş” qiymət və rəqəmlərlə işləyirsən, deyilə.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın