Ana səhifə / Siyasət / Abdin Fərzəliyev veteranlarla görüşdü – Tədbir

Abdin Fərzəliyev veteranlarla görüşdü – Tədbir

Bu gün Nərimanov Rayon İcra Hakimiyyətində Böyük Vətən Müharibəsində faşizm üzərində Qələbənin 70 illik yubileyi münasibətilə rayon ərazisində yaşayan veteranlarla görüş keçirilib

Mia.az xəbər verir ki, görüşdə veteranları salamlayan İcra başçısı Abdin Fərzəliyev onları faşizm üzərində Qələbənin 70 illik yubileyi münasibətilə təbrik edərək, onlarla ünsiyyətdən son dərəcə məmnunluğunu ifadə edib. Görüşdə iştirak edən Azərbaycan Respublikasının Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-mühafizə Orqanları Veteranları Şurasının sədri, general-mayor Dadaş Rzayev çıxış edərək veteranlarımızın ölkəmizin ictimai-siyasi həyatında, xüsusən gənclərin milli vətənpərvərlik ruhunda tərbiyəsində fəal iştirak etdiyini, zəngin təcrübələrini onlarla bölüşməkdən əsirgəmədiyini bildirib.

Görüşdə həmçinin çıxış edən Böyük Vətən müharibəsinin iştirakçıları, veteranların Azərbaycan dövlətinin yüksək diqqət və qayğısı ilə əhatə olunduğunu və bundan məmnunluqlarını bildiriblər. Onlar veteranların qəhrəmanlıqlarının xalqımız və dövlətimiz tərəfindən yüksək dəyərləndirildiyini vurğulayıblar.

Tədbirdən sonra veteranlara İcra Hakimiyyəti tərəfindən ərzaq payları verilib. Eyni zamanda, fiziki imkanları məhdud olduğundan tədbirə qatıla bilməyən veteranlarımız da diqqətdən kənarda qalmayaraq, İcra nümayəndələri tərəfindən onların hər birinin evinə təbrik, hədiyyə və ərzaq payları çatdırılıb.


 

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın