Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / 8 bıçaq zərbəsi ilə qətl edilən məktəblinin qohumları etiraza qalxdı – FOTOLAR

8 bıçaq zərbəsi ilə qətl edilən məktəblinin qohumları etiraza qalxdı – FOTOLAR

Bakıda 8 bıçaq zərbəsilə öldürülən 11-ci sinif şagirdi Aytac Babayevanın yaxınları Nizami rayon prokurorluğunun qarşısında toplaşıblar. Onlar Aytacı öldürən İzzət Hüseynova ömürlük həbs cəzası verilməsini tələb edirlər.

Bakının Nizami rayonundakı 58 saylı orta məktəbdə oxumuş Aytac Babayeva bir neçə gün əvvəl qətlə yetirilib. Cinayəti törətməkdə təqsirli bilinən İzzət Hüseynov Nizami rayon Məhkəməsinin qərarı ilə 3 ay istintaq dövrü üçün həbs edilib.

İ.Hüseynov ifadəsində A.Babayevanı öldürdüyünü etiraf edib. Deyib ki, Aytacı onun sevgisini cavabsız qoyduğu üçün öldürüb: “Dörd ay on iki gün idi ki, ayrılmışdıq. Qala bilmirdim onsuz. İstəyirdim özümü onun yanında öldürüm ki, inansın mənə. Axırıncı dəfə görüşəndə özümü öldürəcəkdim, yanıma gəldi, qoymurdu bunu edim. Məndən ayrılmağı əsəblərimi korlamışdı, mən də vurdum onu. Onu bıçaqlayanda bıçaq qırıldı, yoxsa sonra özümü də öldürəcəkdim. Sonra oturdum yanında, başladım ağlamağa. Kaş onun yerinə mən ölərdim”.

 

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …

Bir cavab yazın