Ana səhifə / Cəmiyyət / 2016-cı il jurnalistlər və qələm adamlarının yaddaşında necə qaldı? – Sorğu

2016-cı il jurnalistlər və qələm adamlarının yaddaşında necə qaldı? – Sorğu

Bir neçə gündən sonra 2016-cı ili yola salıb, yeni ili qarşılayacağıq. Təbii ki, yola saldığımız il hər kəsin yaddaşında fərqli təəssüratlarla qalır.

Maraqlıdır, 2016-cı ili kim necə xatırlayacaq?

Yeniçağ.az 2016-cı ilin kimin yadında necə qaldığını öyrənmək üçün tanınmışları sorğu-suala çəkdi:

“Bakı Metropoliteni QSC”nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin fikrincə, hər ilin öz xüsusiyyəti var:

Nəsimi Paşayev ile ilgili görsel sonucu

“Həyatın necə keçməsi insanın öz əlindədir. 2016-cı il də həyatımızda yaxşı günlərlə yadda qaldı; çətinliklər, problemlər olsa da çalışdıq ki, il yaxşı keçsin. İstər iş həyatında, istərsə də şəxsi həyatımda 2016-dan elə də narazılığım olmadı. Təbii ki, əsas məsələ 2017-nin də daha da yaxşı olmasına çalışmaqdır. İstərdim ki, 2017-ci il hər birimizin həyatına uğur gətirsin”.

“Azinforum.az” saytının rəhbəri Məhəmmədəli Qəribli qeyd edir ki, 2016-cı il adı illərdən biri olmadı: “Biz jurnalistik deyə, məsələyə bir qədər şəxsi yox, ictimai rakursdan yanaşmalıyıq. 2016-cı ildə ölkəmiz bir çox mühüm tədbirlərə evsahibliyi etdi. Dünyada baş verən iqtisadi böhran ölkəmizdən də yan keçmədi. Bu da iqtisadiyyata yeni yanaşmanın ortaya qoyulması üçün şərait yaratdı. Hökumətimiz qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün qanunvericiliyə mühüm yeniliklər əlavə etdi. Bu baxımdan da, hesab edirəm ki, asan il olmadı. Ancaq bu sınaqlardan da ölkəmiz üzüağ çıxa bildi. Ümid edək ki, qarşıdan gələn 2017 daha asan, ruzili və bərəkətli olsun!”

Məhəmmədəli Qəribli ile ilgili görsel sonucu

2016-cı il  “Ölkə.az” saytının baş redaktoru Məmməd Gülməmmədov üçün uğurlu olub:

“Bu il ərzində bir çox şəxsi problemlərim həllini tapdı, eyni zamanda Ölkə.az saytının kollektivi böyüdü, bir neçə peşəkar jurnalisti komandamıza cəlb edə bildik. Amma hər ilin həm də ağır anları da olur və çox təəssüf ki, bu da doğmalarımızın itkisidir. Ümid edirəm ki, önümüzdəki 2017-ci il həm özüm, həm də xalqım üçün daha uğurlu olar”.

Məmməd Gülməmmədov ile ilgili görsel sonucu

“Azəravtoyol ASC”nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli söyləyir ki, dünyada iqtisadi böhran olsa da, ölkəmizdə infrastruktur layihələr, xüsusən də yol infrastrukturu sahəsində prezident İlham Əliyev tərəfindən yol tikintiləri ilə bağlı 40-dan artıq sərəncama uyğun işlər uğurla icra olunub:

“Ölkənin dörd bir yanında bu istiqamətdə işlərimiz davam etdirilir. Bu üzdən mətbuat xidməti olaraq işimiz çox olub. Qarşıda o qədər görüləcək işlər var ki… 2017-ci ildə də bu istiqamətdə işlərimizi davam etdirəcəyik.

Anar Nəcəfli ile ilgili görsel sonucu

Yazar Səxavət Sahilin fikrincə, 2016-cı ili ötənlərlə müqayisədə nisbətən uğurlu hesab etmək olar:

“Bu il “İsanın qayıdışı” adlı romanımı bitirdim. Hazırda “Troyalı qadın” adlı kiçik bir roman yazmağa başlamışam. Nar silsiləsinə aid şeirlər yazmışam. Bir sıra araşdırma məqalələrim də var. Və nəhayət, uğur hesab etdiyim Türkiyədə Yeni Türk Ədəbiyyatı üzrə magistraturaya qəbul olmuşam. Amma 2017-ci ildən daha çox uğur gözləyirəm”.

Səxavət Sahil ile ilgili görsel sonucu

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev 2016-cı ildə həyatının ən yaddaqalan anını yaşayıb:

“Bildiyiniz kimi, Bakı Nəqliyyat Agentliyində İctimaiyyətlə əlaqələr şöbəsinə keçdim. Amma bu il mənim üçün ən yaddaqalan hadisə Aprel döyüşləri oldu. Həmin vaxt mən İTV-nin reportyoru kimi cəbhə xəttinə getdim və orada peşə borcumu yerinə yetirdim. Bu, nəinki bu ilin ümumiyyətlə, 16 illik müxbir fəaliyyətimin ən yaddaqalan anı idi”.

Mais Ağayev ile ilgili görsel sonucu

Hərbi ekspert Üzeyir Cəfərov bildirir ki, 2016-cı il onun yaddaşında elə də zəngin hadisələrlə qalmayıb:

“Amma xoş olanı da var, qüssə-kədər gətirəni də. Ümumilikdə, bu yekunlaşan 2016-cı il əvvəlki illər kimi daha çox ailə-uşaq, məişət qayğılarının həlli ilə yadımda qalacaq. Səmimi olmaq lazımdır: əgər cəmiyyətimizdə, yaxın ətrafımızda bu qədər ağrısı-acısı olan dostlar, tanışlar, sadə insanlar var ikən, hansı yüksək əhval-rühiyyədən danışa bilərəm? Qarabağ müharibəsinin odunda-alovunda əldə silah şəxsən iştirak etmiş bir şəxs kimi, bu il də bu məqsədyönlü şəkildə böyük dövlətlər, konkret olaraq Rusiya, Amerika və Fransanın riyakarlığı, ikiüzlüyü sayəsində məsələnin həll edilmədiyinə görə, çox üzgünəm. İnanmaq istərdim ki, nəhayət ki, gələn il bu “acıbağırsaq” kimi uzanan məsələ öz həllini tapacaqdır. Hamımız aprel ayında cəbhədə ordumuzun şəxsi heyətinin necə böyük əzmkarlıq və rəşadət göstərdiyinin şahidi olduq. Amma yenə nankor qonşularımız və onların havadarları qoymadılar ki, Azərbaycanın haqq işi sona yetirilsin. Çoxlu şəhid və yaralılarımız oldu. Tanrının uca Şəhidlik zirvəsinə ucalan Şəhidlərimizə Allahdan rəhmət, sağlamlığını itirmiş hərbçi dostlarımıza isə tezliklə, tam sağalmaqlarını arzu edirəm”.

Üzeyir Cəfərov ile ilgili görsel sonucu

“Qaynarinfo.az” saytının rəhbəri Zahir Əzəmət 2016-cı ilin şəxsi planda bir sıra önəmli hadisələrlə yadda qaldığını söylədi:

“Qızım Yavru ilk dəfə məktəbə, oğlum bağçaya getdi. Biznes planında isə ümumi durumla bağlı olaraq, bir eniş var. Bəzi layihələrimizi ilin sonunda bağlamaq qərarını verdik. Ümumilikdə, qarşılamağa hazırlaşdığımız 2017-ci ili düşündükdə, 2016-cı ili uğurlu hesab etmək olar”.

İlgili resim

Aktyor Rəşad Kəsəmənli deyir ki, bu il onun üçün ən çox yaddaqalan hadisə qızı Zəhranın I sinifə qədəm qoyması olub:

“Daha sonra isə Lənkəranda çəkilişləri davam edən yeni serialda rol almağım və nəhayət, izləyicilərin səsverməsi nəticəsində “İlin ən yaxşı aktyoru” adını almağım oldu”.

İlgili resim

“Tia.az” saytının rəhbəri Əlişir Əhəd 2016-cı ilin digərlərindən fərqli il olduğunu söyləyir:

“Üzücü və sevindirici hadisələr oldu. Məsələn, Aprel döyüşlərini bu ilin ən yaddaqalan hadisə kimi misal göstərə bilərəm. Ona görə ki, ordumuz apreldə subut etdi ki, biz öz torpaqlarımızı almaq gücündəyik. Üzücü məqam isə şəhidlərimizin olması idi. Digər üzücü isə İqtisadi məsələ oldu. Dünyada baş verən iqtisadi böhran təbii ki, bizə də təsir etdi. Və bu da vətəndaşlarımızın sosial vəziyyətini bir az ağırlaşdırdı. Ümid edirəm ki, 2017-cı il dövlətimiz və vətəndaşlarımız üçün daha uğurlu il olacaq”.

Əlişir Əhəd ile ilgili görsel sonucu

Şair Emin Piri bildirir ki, ixtisası üzrə işə başlayıb:

“2016-cı ili yaradıcılıq baxımından özümçün uğurlu saya bilərəm. 2017-ci ildə isə məhz bu il yazdıqlarım və əmin olduğum şeirlərimdən ibarət yeni kitabımı çap etdirməyi düşünürəm”.

Emin Piri Yeni ile ilgili görsel sonucu

Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov bildirir ki, Azərbaycanda ilin ən vacib hadisəsi dörd günlük aprel döyüşləri idi:

“Bu döyüşlər Qarabağ münaqişəsinin həllində yeni bir səhifə açdı. Azərbaycanın doğrudan da güclü və döyüşkən bir ordu qurduğunu praktik olaraq sübut etdi. Xalqın şüurunda böyük izlər buraxdı, cəmiyyətin Orduya inamını xeyli artırdı. Hətta deyərdim ki, bizi bir qədər başqa xalqa çevirdi.

Dünyada isə ilin əsas hadisələrindən biri Donald Trampın ABŞ prezidenti seçilməsi idi. Bu, bir çox baxımlardan böyük sürpriz oldu. Düşünürəm ki, bu hadisə qarşıdakı bir neçə ildə dünyadakı proseslərə öz təsirini göstərəcək. Düzdür, belə fikirlər var ki, ABŞ-da kimin prezident olması bu ölkənin siyasətinə ciddi təsir göstərmir. Amma mən o fikirlə razı deyiləm. Prezidentin siyasi-iqtisadi elitanın məhz hansı dairələrinə bağlı olması çox şeyi müəyyən edir.

İkinci ciddi hadisə neftin qiymətinin son 11 ilin ən aşağı həddində olması idi. Bu da bir sıra ciddi nəticələrə səbəb oldu və düşünürəm ki, hələ olacaq. Qarşıdakı bir neçə ildə neftin qiyməti dünya siyasətində əsas həlledici amillərdən biri kimi qalmaqda davam edəcək.

Türkiyədəki 15 iyul çevriliş cəhdini də mütləq qeyd etməliyik. Bu, qardaş dövlətin taleyində böyük rol oynayan və hələ oynayacaq bir hadisə idi. Rusiya-Türkiyə münasibətlərində yaşanan gərginlik, rus təyyarəsinin vurulması da ilin əsas olaylarlından biridir.

Avropa Birliyinin gələcəyi baxımından yanaşanda Brexit də olduqca əhəmiyyətli bir məsələdir. Bu addımın nəticələri qarşıdakı illərdə özünü daha güclü göstərəcək.”

Vüsal Məmmədov ile ilgili görsel sonucu

Gülnarə Eynullaqızı

Yeniçağ.Az

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın