Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / “Ərim Rusiyaya gələ bilməsə, Qarabağa qayıdacağıq”

“Ərim Rusiyaya gələ bilməsə, Qarabağa qayıdacağıq”

Rusiyanın tanınmış fermeri German Sterliqovun həyat yoldaşı Alyona oğulları ilə brigə Dağlıq Qarabağdan Rusiyaya qayıdıb, lakin o bildirib ki, ailə “iki ölkədə təsərrüfatla məşğul olmaq” niyyətindədir.

Oxu.az xəbər verir ki, bu barədə Alyona Sterliqova “Komsomolskaya pravda”ya eksklüziv müsahibəsində deyib.

“Biz gözlənilmədən getdik, çünki German öz ailəsi üçün təhlükə hiss etdi. Lakin o elə o zaman bildirdi ki, biz qayıdacağıq, çünki biz yalnız Rusiyada yaşamaq istəyirik. Yalnız bu ölkədə tolerant olmamaq olar və qaraya qara, ağa ağ demək olar. Lakin əgər German Rusiyaya gələ bilməsə, biz uşaqlarla onun yanına getməli olacağıq. Bu aydın məsələdir”, – Sterliqova deyib.

Qeyd edək ki, vəkili avqustun3-də G. Sterliqovun Azərbaycanın Baş Prokurorluğu tərəfindən beynəlxalq axtarışa verildiyini və bu səbəbdən həbs olunacağından qorxaraq Rusiyaya qatıtmağa risk etmədiyini bildirib. 

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …

Bir cavab yazın