Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Əhməd Oruc “Apim” imzası ilə Elçibəyi təhqir edib?

Əhməd Oruc “Apim” imzası ilə Elçibəyi təhqir edib?

Bu günlərdə musavat.com-un canlı yayımında qonaq olan Azadlıq partiyasının sədri Əhməd Orucla bağlı Ukraynada yaşayan Arif Aydın maraqlı ittiham irəli sürmüşdü. O, canlı yayımın şərh bölümündə qeyd edib ki, Ə.Oruc vaxtilə eks-prezident Əbülfəz Elçibəy əleyhinə “Apim” imzası ilə məqalələrlə çıxış edib, tənqidi yazılar verib.

Partiya sədri “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, “Apim” onun imzası olmayıb: “Bu, Azadlıq Partiyasının İnformasiya Mərkəzinin abreviaturası idi. Təhlil yazılarında bu imza qoyulurdu və Elçibəylə bağlı tənqid fikirlər də ola bilərdi. Burada qeyri-adi heç nə yoxdur. Çünki 1994-cü ildə AXC-də bizə qarşı barışmaz mövqe vardı.

Mən o zaman AXC Ali Məclis üzvü idim. Biz hakimiyyətin təhvil verilməsini qəbul etmirdik. Bununla bağlı “Azadlıq” qəzetində əleyhimizə yazılar gedib. Qənimət Zahid Elçibəy adından yalandan mənə qarşı yazılar vermişdi. Bu gün də o fikirdəyəm, bağlı qapılar arxasında iqtidarı təhvil verməli deyildik və müzakirələr aparıb addımlar atmaq lazım idi. Ona görə də Arif Aydına o dövrün tarixi ilə bağlı istədiyi suallara cavab verməyə, dediklərimizin altında daha qalın imza atmağa hazıram”.

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …