Şənbə , Oktyabr 20 2018
Ana səhifə / Siyasət / Xarici dövlətlərin hərbi gəmiləri Bakını tərk edib – FOTO

Xarici dövlətlərin hərbi gəmiləri Bakını tərk edib – FOTO

“Dəniz kuboku-2018” beynəlxalq müsabiqəsində iştirak etmiş xarici dövlətlərin hərbi gəmiləri Bakı limanını tərk edib.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, “Dəniz kuboku-2018” beynəlxalq müsabiqəsində iştirak etmək üçün ölkəmizdə olan İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin “Cövşən”, “Peykan” raket katerləri, Rusiya Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Volqodonsk” və “Mahaçkala” kiçik artilleriya gəmiləri, eləcə də “SB-45” xilasetmə yedək gəmisi və Qazaxıstan Respublikası Hərbi Dəniz Qüvvələrinin “Manqistau” raket-artilleriya gəmisi avqustun 12-də Bakı limanını tərk edib.

Həmçinin oxuyun

Boltonun Qafqaz səfəri İranı hədəf göstərir – ŞƏRH

Cənubi Qafqaz ölkələri yüksək rütbəli qonağı qəbul etməyi hazırlaşır. Belə ki, Birləşmiş Ştatlar prezidenti Donald …