Cümə axşamı , Dekabr 13 2018
Ana səhifə / Siyasət / Xəzərin bölgüsünü ABŞ şərh etmək istəmir

Xəzərin bölgüsünü ABŞ şərh etmək istəmir

ABŞ Dövlət Departamenti Xəzərin hüquqi statusuna dair sabah Qazaxıstanın Aktau şəhərində imzalanacaq Konvensiyanı şərh etmək istəmir. Bu barədə Dövlət Departamentinin energetika üzrə bürosunun nümayəndəsi Vinsent Kampos “RİA Novosti” agentliyinə bildirib. Agentliyin sualı Konvensiyanın Avropaya qaz təchizatının şaxələndirilməsi situasiyanı mümkün təsirləri barədə olub.

“Hər hansı şərh vermək erkən olardı, çünki razılaşmanın detalları bizə məlum deyil”-Dövlət Departamentinin nümayəndəsi bildirib.

Bundan əvvəl kremlin mətbuat xidməti Aktauda Xəzərynı ölkələrin dənizin hüquqi statusuna dair konvensiyanı imzalayacaqlarını təsdiq edib. Konvensiya üzərində iş 1996-cı ildən bəri davam edirdi.

Virtualaz.org xatırladır ki, sənədin paraflanmış variantı mətbuata sızdırılıb. Və sənədə əsasən dənizin dibindən neft-qaz kəmərlərinin çəkilməsi üçün sahilyanı ölkələrin hamısının deyil, kəmərin keçdiyi sektorların mənsub olduğu ölkələrin razılığı lazımdır. Lakin konvensiyaya əlavə protokolda Xəzərin dibindən çəkiləcək kəmərlərin ekoloji situasiyaya təsirlərinin bütün sahilyanı ölkələr tərəfindən razılaşdırılması nəzərdə tutulur. Başqa sözlə, Transxəzər qaz kəməri layihəsi üçün hər halda Rusiya və İrandan razılıq almaq lazım gələrdi.

Sammit ərəfəsində Aktauya gedən və hazırlıq işləri ilə maraqlanan qazaxıstan prezidenti Nursultan Nazarbayev bildirib ki, bütün məsələlər razılaşdırılıb və avqustun 12-də “tarixi qərar” qəbul ediləcək. Nazarbayevin Xəzərin statusuna dair “mürəkkəb danışıqların” 20 ildən çoxdur davam etdiyini xatırladıb.Virtualaz.org

VIPedu.BIZ

Həmçinin oxuyun

Paşinyan Milli Şuranı qohum-əqrəba parlamentinə çevirdi

Samir Adıgözəlli: “Paşinyanın öz yaxın ətrafını deputat etməsi və digər addımları göstərir ki, o, əsl avtoritar …