Şənbə , Dekabr 15 2018
Ana səhifə / Siyasət / ““Türkmənistan tərəfi konkret təklif irəli sürsə, bu cür layihəni nəzərdə keçirməyə hazırıq”

““Türkmənistan tərəfi konkret təklif irəli sürsə, bu cür layihəni nəzərdə keçirməyə hazırıq”

“Azərbaycan yeritdiyi enerji siyasəti sayəsində etibarlı tərəfdaş, istehsalçı və tranzit ölkəsi kimi ad çıxarıb”.

Bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov “Moskva-Baku” portalına müsahibəsi zamanı Transxəzər boru kəməri vasitəsilə Türkmənistan təbii qazının mümkün nəqli zamanı Azərbaycanın tranzit rolu barədə sualı cavablandırarkən bildirib.

“Azərbaycanla Türkmənistan böyük təbii sərvətlərə malik ölkələrdir. Enerji sərvətlərinin beynəlxalq bazarlara təhlükəsiz və etibarlı çıxarılması, tranzit yollarının şaxələndirilməsi Azərbaycanın enerji siyasətinin öncül istiqamətləri arasındadır”, – o, qeyd edib.

Diplomat enerji ehtiyatlarının tranzitində geniş imkanlara malik Azərbaycanın başqa ölkələrə də bundan yararlanmaq imkanları yaratmağa hazır olduğunu vurğulayıb: “Türkmənistan tərəfi konkret təklif irəli sürsə, biz də bu sahədə zəngin təcrübəyə malik ölkə olaraq bu cür layihəni nəzərdə keçirməyə hazırıq”.

Nazir müavini deyib ki, Xəzər dənizinə dair yüksək səviyyəli işçi qrupunun birinci iclasının gələn ilin əvvəllərində keçirilməsi nəzərdə tutulur: “Bakıda keçiriləcək görüşdə müvafiq sazişin hazırlanması məsələsinin müzakirəsi gözlənilir. Həmçinin V Xəzər Sammiti çərçivəsində əldə edilən razılaşmaları həyata keçirməklə bağlı məsələlərin də müzakirəsi planlaşdırılır”. (Report)

VIPedu.BIZ

Həmçinin oxuyun

Paşinyan “Tvitter”də Qarabağdan yazdı: “Münaqişənin həlli…”

“Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli Ermənistan üçün başlıca prioritet olaraq qalır” Azvision.az erməni …