Ana səhifə / Siyasət / Tunelə radar qoydular – Nadir Qafarzadə sürücülərə xəbərdarlıq etdi – FOTO

Tunelə radar qoydular – Nadir Qafarzadə sürücülərə xəbərdarlıq etdi – FOTO

Bu gün sosial şəbəkələrdə sürücüləri məlumatlandırmaq üçün xəbər yayılıb. Kim tərəfindən yayıldığı dəqiq bilinməsə də, bu xəbər sürücülər tərəfindən geniş yayımlanıb. Hətta tanınmış şəxslər də xəbəri paylaşaraq sürücüləri diqqətli olmağa çağırıb. Avtosfer.az-ın məlumatına görə, xəbərdə bildirilir ki, Dərnəgül yolundakı tuneldə radar quraşdırılıb. Guya tuneldə sürət həddini bildirən yol nişanı olmadığı üçün sürücülər burada 70-80 km/saat sürətlə hərəkət edirmiş. Dövlət Yol Polisi də bunun qarşısını almaq üçün tunelə radar quraşdırıb və artıq bu gündən etibarən radarlar yolun hər iki hərəkət hissəsində işlək vəziyyətdədir.
Məlumata görə, artıq burada saatda 70-dən yuxarı hərəkət edən avtomobillər radara düşür.
Xəbər sosial şəbəkələrdə o qədər sürətlə yayılıb ki, hətta tanınmış müğənni Nadir Qafarzadə də buna inanaraq öz İnstaqram səhifəsində paylaşıb. O, sürücüləri qaydalara əməl etməyə səsləmək əvəzinə, bu xəbəri paylaşıb ki, ay sürücülər, diqqətli olun, bayramqabağı radara düşüb kefinizi pozmayın.
Əslində, həmin tuneldə nə baş verir? Bəlkə də orada doğrudan da radar quraşdırılıb. Lakin o yoldan istifadə edənlər də yaxşı bilir ki, tunellərin girişinə sürət həddini (60 km/saat) bildirən yol nişanları quraşdırılıb. Yəni, 90-lıq yoldan tunnelə daxil olarkən sürət həddi dərhal 60-a düşür. Və bunu bildirən nişanlar bir yox, bir neçə dəfə təkrar olunur. Odur ki, bu xəbərin doğru olub-olmadığını tam dəqiq söyləmək çətindir. Yəqin ki, DYP bu barədə açıqlama verəcək…

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın