Çərşənbə , Noyabr 21 2018
Ana səhifə / Siyasət / Siyasi partiyalar dövlətdən nə qədər maliyyə alır?

Siyasi partiyalar dövlətdən nə qədər maliyyə alır?

Fazil Mustafa: “Vəsait vaxtlı-vaxtında ödənilir”

Gələn il Azərbaycanın dövlət büdcəsindən siyasi partiyalara ayrılacaq vəsaitin həcmi bir qədər azaldılacaq. Belə ki, Milli Məclisə daxil olan büdcə zərfində siyasi partiyalar üçün 3 milyon manat ayrılacağı qeyd olunub. Bu, 2018-ci ildə proqnozlaşdırılan 3,1 milyon manatdan 100 min manat azdır. Qeyd edək ki, bu il üçün ayrılan vəsaitlərin 2 milyon 940 min manatı artıq istifadə edilib.

“Siyasi partiyalar haqqında” Qanuna əsasən, dövlət büdcəsindən siyasi partiyalara ayrılmış vəsaitin 10 faizi irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı, 3 faizini qazanmış, lakin parlamentdə təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünür. Vəsaitin 40 faizi Milli Məclisdə təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatların sayına proporsional olaraq bölünür.

Milli Məclisdə 69 deputatı olan Yeni Azərbaycan Partiyasından sonra yalnız Vətəndaş Həmrəyliyi Partiyası 2 yerə sahibdir, qalan bütün partiyaların hamısı 1 yerdir. Belə ki, Ana Vətən, Azərbaycan Demokratik Maarifçilik, Azərbaycan Sosial Rifah, Azərbaycan Sosial Demokrat, Vəhdət, Milli Dirçəliş Hərəkatı, Azərbaycan Demokratik İslahatlar, Bütöv Azərbaycan Xalq Cəbhəsi və Böyük Quruluş partiyaları hərəsi 1 deputatla təmsil olunur.

Partiyalara bu il 3,1 milyon manat pul ayrılıb.  Onun 10 faizinin – 310 min manatın hansı partiyalara verildiyi məlum deyil. Vəsaitin 40 faizi, yəni 1,24 milyon manat Milli Məclisdə təmsil olunan partiyalar arasında bərabər bölünür. Hazırda Milli Məclisdə 11 partiya təmsil olunur və onların hərəsinə 110 min manatdan  artıq pul düşür. Hər deputat sayına görə isə 10 min manat pul əlavə olaraq alırlar. Bu isə ümumilikdə 1 deputatı olan partiyaların hərəyə 120 min manat, Vətəndaş Həmrəyliyi Partiyasının isə 130 min manat almalı olduğu deməkdir.

Fazil Mustafa ile ilgili görsel sonucu

Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin üzvü Fazil Mustafanın “Yeni Müsavat”a dediyinə görə, aldıqları vəsait fəaliyyət üçün tam yetərli olmasa da, təşkilatın ayaqda saxlanması üçün əhəmiyyətli rol oynayır: “Bu vəsait müəyyən problemlərin aradan qaldırılmasına köməklik göstərir – xüsusən də rayon təşkilatlarının ayaqda saxlanması, müəyyən tədbirlərin keçirilməsi, yerli ofislərin kirayə haqqının ödənilməsi və sair istiqamətlərdə”. Partiya sədri dedi ki, vəsaitlər Maliyyə Nazirliyi tərəfindən vaxtlı-vaxtında ödənilir.

Qanuna görə, həmçinin siyasi partiyalar hər il aprelin 1-dək illik maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına təqdim etməldilər. F.Mustafa qanuna əməl edərək, vaxtlı-vaxtında hesabatlarını MSK-ya göndərdiklərini deyir.

MSK-nın yaydığı məlumata görə, 2017-ci il üzrə maliyyə hesabatını Azərbaycanda qeydiyyata alınmış 55 siyasi partiyadan 11-i quruma təqdim etməyib. Qanunvericiliyə əsasən hesabatlar həm də auditor rəyi ilə birlikdə kütləvi informasiya vasitələrində dərc etdirilməlidir. Qanunun bu tələbinə partiyaların çoxu əməl etmir. Belə ki, indiyədək yalnız YAP-ın illik qısa maliyyə hesabatlarının mətbuatda dərc olunması halı qeydə alınıb. Həmin hesabatlardan aydın olur ki, 2016-cı ildə Yeni Azərbaycan Partiyasının gəlirləri 7 736 859 manat olub. Bunun 6 596 979 manatını üzvlük haqları, 1 139 880 manatını büdcədən siyasi partiyalara ayrılan dövlət dəstəyindən Yeni Azərbaycan Partiyasına düşən pay təşkil edib.

2017-ci ildə isə hakim partiyanın gəlirləri 8 milyon 315 min 436 manat olub. Bunun 7 milyon 173 min 280 manatını üzvlük haqları, 1 milyon 142 min 156 manatını büdcədən siyasi partiyalara ayrılan dövlət dəstəyindən təşkilata düşən pay təşkil edib.

VIPedu.BIZ

Həmçinin oxuyun

Ramiz Mehdiyev Rusiyada səfərdədir

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Rusiyada səfərdədir. “Report” xəbər verir ki, səfərdə məqsəd …